Yolum hayanadır?

Getmək istəyirəm…..

Uzandıqca heeey uzanan yollar məni harasa aparır. Xoşbəxtliyəmi? Bədbəxtliyəmi? Yoxsa uzaqdan xoşbəxtlik kimi görünən bədbəxtliyəmi, və ya əksinə? Ya da bizim xoşbəxtlik və ya bədbəxtlik adlandırdığımız məhfumlar kimi boş, mənasız olan boşluğa, mənasızlığamı… Hansını etmək doğrudur görəsən? Sonradan peşman olacağın addımı atmaq, yoxsa heç bir addım atmayıb sonradan peşmanmı olmaq?

Getmək istəyirəm…..

Görəsən getdiyim bu yol əyridir, yoxsa düz? Görəsən hansı yolu tutmuşam mən? Yollarda sürpriz daşlar, keçidlər, qəzalar doludur. Mənzil başına haçan çatacağam görəsən? Çoxmu uzundur ora gedən yolum? Bəs mənzil başında necə? Umduğummu olacaq, yoxsa tam başqa bir sürprizmi gözləyir məni? Bəlkə də uçurum var sonda. Amma ola bilməz. Bu yolların sonu yoxdur. Hər şey yenidən təkrarlanır. Biz palçığa dəfələrlə batırıq. Yenə üst-başımızı təmizləyib, bir də palçığa batmamağa söz veririk. Amma yenə də sözümüzə xilaf çıxırıq. Çünki bu yolların sonu yoxdur və qarşımıza dayanmadan heeey daşlı-qayalı, tozlu-palçıqlı yollar çıxır – seçim yolları çıxır. Və biz məhz bir yolu seçməli oluruq. Heç birinin sonunu bilmədiyimiz hansısa bir yolu. Özümüzə görə doğru saydığımız, bizə şirin, xoş görünən hansısa bir yolu. Və yaxud da heç biri xoş olmayan alternativ yollardan birini. Allaha pənah yaşayıb, gedirik yolumuzu……..

Getmək istəyirəm…..

Bütün bu yolları, daşları, kəsəkləri birdəfəlik tərk etmək. Ayrılmış sevgililərin ayaq izlərini daşıyan, sevgiləri uçuruma aparan, ananı baladan, bəndəni Tanrıdan ayıran yolların olmadığı bir yerə getmək. O yerdə ki, heç əyri yol yoxdur. Bütün yollar düpbədüzdür. Bütün yollar yalnız doğru olan tək həqiqətə aparır…..

26.12.10

(c) Samira Haşımzadə

5 thoughts on “Yolum hayanadır?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *