Cümə Günü

Cümə günü böyük bir gündür; Allah Təala, İslamı və müsəlmanları onunla şərəfləndirmişdir. Allahın Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Üzərinə günəşin doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm (ə.s.) yaradılmış, o gün cənnətə daxil olmuş, o gün yerə endirilmiş, o gün tövbəsi qəbul edilmiş, o gün ölmüşdür. O gün qiyamət qopar və o gün cənnətdəkilərin Allah Təala’nı anma günüdür.”(Müslim)

Allahu Təala Cümə gününü Müsəlmanlara məxsus etmişdir. Cümə namazı vaxtında alış-vermə günahdır .
Cümə günü edilən ibadətlər, savablar digər günlərdəkindən iki qat artıq yazılar. Cümə günü işlənən günahlar da iki qat yazılar.
Şənbə günləri yəhudilərə, Bazar günləri Xristianlara verildiyi kimi, Cümə günü də, Müsəlmanlara verildi. Bu gündə müsəlmanlara xeyir, bərəkət və yaxşılıq vardır.
Cümə günü daha öncəki kitab əhlinə də verilmişdi. Lakin onlar, onu qəbul edib- etməmək barəsində ixtilaf edincə, o gün onlardan alındı. Ondan sonra bizə verildi və bizim üçün bayram günü edildi.
Cümə günü və ya gecəsində vəfat edən möminlərə şəhid savabı verilir və bunlar qəbir fitnəsinden qorunurlar. Bir müsəlman, Cuma günü qüsl dəstəmazı alıb, Cümə namazına gedərsə, bir həftəlik günahları inşaAllah əfv olar və hər addımı üçün savab verilər. Cümə günü gəldiyi üçün sevinən bir möminə, qiyamətə qədər hər gün, o qədər savab verilər ki, ədədini Allahu Təala bilər.
Günlərin ən qiymətlisi cümədir. Cümə günü bayram günlərindən və Aşura günündən daha qiymətlidir. Cümə dünyada və Cənnətdə möminlərin bayramıdır.
Ka’b Əl Ahbar belə söyləmişdir:”Allah Təala, şəhərlərdən Məkkəni, aylardan Ramazan ayını, günlərdən Cüməni, gecələrdən də Qədir gecəsini üstün buyurmuşdur.”

 

Nə yarpağınız qurusun, nə gülünüz solsun, hər tutduğunuz qızıl olsun, ovuclarınız səmada, dodaqlarınız duada olsun, hər an və hər günkü dualarınız qəbul olsun…

CÜMƏNİZ MÜBARƏK OLSUN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *