Geriyə yol yoxdur

Hər şey bitdi, baxma daha

O yollarda nələr qaldı.

Qoşa gedən cüt izləri

Yağış, sel yuyub apardı.

Bu deyilmi istədiyin?

Ümid ipin özün kəsdin.

“Sevgi” dolu o həyatı

Sən özünə zindan bildin.

Neçə ilin həsrətilə alışarkən,

Muradına qovuşmaqçun çarpışarkən

Bəs nə oldu birdən-birə?

O ayların, o günlərin sevgisi nə tez yox oldu?

Niyə seçdin ayrılığı?

Niyə seçdin tənhalığı?

Bir tərəfdə eylədiyi xəyanətdən per-peşiman bir ürək var.

Bir tərəfdə tənhalığa sürükləyən süd yolu tək sonsuz yollar.

Qürurunla, hisslərinlə bacarmadın.

Yalqızlığı üstün tutdun.

Azıb qaldın tənhalığın səhrasında.

Hara getmək? Hansı səmtə? Hər yer qumlu təpələrdir.

Uzaqdan onu görürsən.

Bəlkə gəlsin? Bəlkə yenə qaytarasan qeyb olmuş o illərini?

Çatdın ona. Amma yoxdur.

Bu bir yuxu, bir ilğımmış.

Gedən qatar qayıtmırmış.

Günahkarı axtarırsan.

Kim günahkar?

Sənmi? Omu?

Ayrı-ayrı insanlarla yazılan taleyimizmi?

26.04.2009

(c) Samira Haşımzadə

 

One thought on “Geriyə yol yoxdur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *