Ömər B. Vaşinqton

  • Mən öyrənmişəm ki, kiməsə özünü sevdirməyə məcbur edə bilməzsən. Sənin edə biləcəyin sevilən biri ola bilməkdir. Qalanları onların boynuna.
  • Mən öyrənmişəm ki, mənim nə qədər diqqət göstərməyim mühim deyil, bəziləri o diqqəti cavabsız qoyur.
  • Mən öyrənmişəm ki, inam yaratmaq üçün illər tələb olunur, o inamı dağıtmaq üçün isə bir neçə saniyə kifayət edər.
  • Mən öyrənmişəm ki, həyatında nələrin deyil kimlərin olması daha vacibdir.
  • Mən öyrənmişəm ki, sən on beş dəqiqə nəyəsə heyran qala bilərsən. Bundan sonra onu yavaş-yavaş öyrənməyə başlayacaqsan.
  • Mən öyrənmişəm ki, sən özünü başqalarının etdiyi ən yaxşı şeylərlə deyil, özünün edə biləcəyin ən yaxşı şeylə müqayisə etməlisən.
  • Mən öyrənmişəm ki, əsas insanlara nə baş verdiyi deyil, onların  baş verən hadisəyə nə cür münasibət göstərmələridir.
  • Mən öyrənmişəm ki, sən mütləq sevdiklərinə xoş sözlər deməlisən. Ola bilər ki, sən onları sonuncu dəfə görəsən.
  • Mən öyrənmişəm ki, daha artıq gedə bilməyəcəyini düşündükdən sonra uzun bir yol getmək olur.
  • Mən öyrənmişəm ki, qəhrəmanlar nəticələri fikirləşməyərək zamanında edilməli olan işləri edən insanlardır.
  • Mən öyrənmişəm ki, məni çoxx sevən insanlar var, sadəcə bunu göstərə bilmirlər.
  • Mən öyrənmişəm ki, bəzən mənim qəzəbli olmağa haqqım çatır, lakin bu mənə qəddar olmağa haqq vermir.
  • Mən öyrənmişəm ki, əsl dostluq ən uzun məsafələrdə də davam edir. Bu həm də əsl sevgiyə aiddir.
  • Mən öyrənmişəm ki, kimlərinsə səni sən istədiyin qədər sevməməsi o demək deyildir ki, onlar səni bacardıqları qədər sevmir.
  • Mən öyrənmişəm ki, dost nə qədər yaxşı olur-olsun, haçansa sənin xətrinə dəyəcək və sən buna görə onu bağışlamalısan.
  • Mən öyrənmişəm ki, başqaları tərəfindən bağışlanmaq həmişə kifayət etmir. Bəzən sən öz-özünü də bağışlamağı öyrənməlisən.
  • Mən öyrənmişəm ki, ürəyin nə qədər pis sınsa da, dünya sənin kədərinə görə dövr etməsini dayandırmayacaq.
  • Mən öyrənmişəm ki, mənşəyimiz və şərait bizim kim olmamıza təsir edir, lakin bizim kimə çevrilməmiz barədə özümüz məsuliyyət daşıyırıq.
  • Mən öyrənmişəm ki, iki insan mübahisə edirsə bu onların bir-birilərini sevmədiyi anlamına gəlməz. Və əgər onlar mübahisə etmirsə, bu o demək deyil ki, onlar bir-birilərini sevirlər.
  • Mən öyrənmişəm ki, iki insan eyni əşyaya baxaraq tam fərqli şeylər görə bilərlər.
  • Mən öyrənmişəm ki, heç bir vəziyyətdən asılı olmayaraq, özünə qarşı düzgün olan şəxs həyatda daha irəli gedir.
  • Mən öyrənmişəm ki, hətta artıq verməyə heç nəyinin olmadığını düşünəndə, dostun yanında ağlamağa başlayarsa, ona kömək etmək üçün güc tapacaqsan.
  • Mən öyrənmişəm ki, yazmaq və danışmaq emosional ağrıları azalda bilir.
  • Mən öyrənmişəm ki, həyatda ən çox diqqət ayırdığın insanlar tezliklə sənin əlindən alınır.
  • Mən öyrənmişəm ki, yaxşı olmaq, insanların hisslərinə toxunmamaq və öz inandığının üzərində dayanmaq arasındakı xətti haradan çəkmək çox çətindir.
  • Mən sevməyi və sevilməyi öyrənmişəm.
  • Mən öyrənmişəm ki…


One thought on “Ömər B. Vaşinqton

Leave a Reply

Your email address will not be published. Required fields are marked *