Mohamed Smahi

  • Mən öyrəndim ki, biz əvvəl dərsləri oxuyub sonra imtahan veririk. Həyatda isə biz imtahanlarla üzləşib, sonra dərs alırıq.
  • Mən öyrəndim ki, sənin indi harda olduğun mühüm deyil, ən əsası sənin hara yönləndiyindir.
  • Mən öyrəndim ki, yalnış yolda olan maral olmaqdansa, doğru yolda olan tısbağa olmaq daha yaxşıdır.
  • Mən öyrəndim ki, uduzmağın açarı tanıdığın hər kəsi razı salmaq istəyindədir.
  • Mən öyrəndim ki, nəyə görəsə kədərlənməkdənsə, ona görə peşman olmaq daha yaxşıdı.
  • Mən öyrəndim ki, insanlar sənin bir işi nə qədər tez müddətə etdiyini unudur və nəyi etdiyinə baxır.
  • Mən öyrəndim ki, məsləhət alanlar çox olur, amma çox az adam məsləhətdən yararlanır.
  • Mən öyrəndim ki, yaxşı alpinist fikrini öz zirvəsinə cəmləyir və beyini çaşdıran təklükələrin olduğu aşağıya baxmır.
  • Mən öyrəndim ki, gəmiyə tərəf üzən adamlar da olur, oturub əbəs yerə gəminin gəlməsini gözləyənlər də.
  • Mən öyrəndim ki, biri uduzanda deyil, yenidən özünü bərpa edəndə işini sona çatdıra bilirsən.
  • Mən öyrəndim ki, sonda qalib gələn ən səbrli və səmimi olandır.
  • Mən öyrəndim ki, sən güləndə dünya da sənə gülür, amma ağlayanda tək ağlayırsan.
  • Mən öyrəndim ki, geriyə addım atmaqla canını qurtarmaq arasında böyük fərq var.
  • Mən öyrəndim ki, ən yaxşı hissiyat bütün dünyanın sənə qarşı olmasına baxmayaraq, sənin yenə də doğru hərəkəti etdiyini hiss etməyindir.
  • Mən öyrəndim ki, bizim həyatda gördüyümüz bütün böyük işlər balaca bir ideyadan doğur.
  • Mən öyrəndim ki, sevgi süfrəyə verilməyəcəksə, o stolu vaxtında tərk etməyi bilmək lazımdır.
  • Sonuncu lakin ən sonuncu deyil, mən öyrəndim ki, təbəssüm nəsə demək deyil, o çox şeydir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *