Ərəb hərfləriylə yazaq – 1

Əssəlam. Ərəb dilində 28 hərf və bir işarə var ki, irəlidə İnşaAllah öyrənəcəyik.
Ərəb dili bizim dilimizin əksinə olaraq sağdan sola yazılır. Bu dildə sait səsləri bildirən hərflər yoxdur. Bu hərfləri HƏRƏKƏLƏR əvəz edir ki, bunlar da hərflərin üzərində olan kiçik xətt və işarələrdir.

İlk hərfimiz Əlif hərfidir.

Şəkidə bu hərfin iki cür yazılışını və üzərindəki hərəkələri görürük. Bu hərf ən çox təsadüf edilən yazılışı düz xətt formasıdır. Kiçik işarə kimi az-az hallarda yazılır. Bu hərf sərbəst heç bir səsi ifadə etmir. Yalnız irəlidə keçəcək olduğumuz hərəkələrin sayəsində Ə, İ, U, AI səslərini verə bilir. Hərf yalnız sözün sonunda gələrkən birləşir. Sağdan birləşdiyi zaman formasını itirmir. Əgər hərf sözün əvvəlində gələrsə, sərbəst yazılır (birləşmir), ortada gəlsə sağdan birləşir, amma soldan birləşmir. İkinci formasında bu hərf heç vaxt birləşmir.
İlk öncə onu yazım ki, ərəb hərflərini yazarkən çalışın sağdan sola yazasınız, belə daha gözəl və tez alınır. Cümlə yazarkən nöqtələri sonraya saxlayın. Bu hərfi yazmaq elə də çətin deyil. Sadəcə yuxarıdan aşağıya xətt çəkilir. Sağdan birləşməsini yazarkən aşağıdan yuxarıya doğru yazın. İkinci kiçik formasını yazarkən yuxarıdan maili götirib, qələmi götürmədən alt xəttini cızın.

İkinci hərfimiz adlanır.

Bu hərf B səsini verir. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın.

Üçüncü hərfimiz hərfidir.

Bu hərf T səsini verir. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın.

Dördüncü hərfimiz SƏ hərfidir.

Bu hərf S səsini ifadə edir. Gördüyünüz kimi hərfin altından xətt çəkilib, bu o deməkdir ki, hərf S hərfinin pəltək deyim formasıdır. Bu hərfi ifadə etmək üçün dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın.

5-ci hərfimiz HA hərfidir.

İlk öncə onu yazım ki, bu hərf yarımqalın hərfdir. Bunu irəlidə keçəcəyik, amma keçdikcə işarə edin ki, Ərəb dilində hərflər incə, yarımqalın və qalın olurlar. Heç nə yazmadıqlarım incə hərflərdir. Yarımqalın və qalın hərflər haqda həm keçdikcə, həm də sonra geniş yazmağa çalışacağam. Yarımqalın hərflər özlərindən sonra gələn Ə-ni A-ya çevirirlər, qalın hərflər isə özündən əvvəl və sonra həm Ə-ni A-ya, həm də İ-ni I-ya çevirir. Bu hərf H boğaz səsini ifadə edir. 4 cür yazılış forması şəkildə var.
Hərfi iki cür yazmaq olar. İlk formada, alt və üst hissəsinin birləşdiyi yerdən öncə yuxarısını, sonra aşağısını cızmaq. İkinci formada yuxarı uc hissədən üstünü, qələmi götürmədən aşağısını cızmaq olar.

6-cı hərfimiz hərfidir.

Hərf X səsini ifadə edir və 4 cür yazılır.

Hərfi iki cür yazmaq olar. İlk formada, alt və üst hissəsinin birləşdiyi yerdən öncə yuxarısını, sonra aşağısını cızmaq. İkinci formada yuxarı uc hissədən üstünü, qələmi götürmədən aşağısını cızmaq olar.

7-ci hərfimiz CİM hərfidir.

Hərf C səsini ifadə edir və 4 cür yazılır.
Hərfi iki cür yazmaq olar. İlk formada, alt və üst hissəsinin birləşdiyi yerdən öncə yuxarısını, sonra aşağısını cızmaq. İkinci formada yuxarı uc hissədən üstünü, qələmi götürmədən aşağısını cızmaq olar.

8-ci hərfimiz DƏL hərfidir.

Hərf D səsini ifadə edir və 2 cür yazılır. 2 cür yazılan bütün hərflər Əlif kimi sözün istənilən yerində yalnız özündən sağdakı hərfə birləşirlər.
Hərfin ilk formasını yuxarıdan başlayaraq cızın. Birləşmə formasını birləşən aşağı yerindən, sağından öncə yuxarıya, sonra qələmi götürmədən aşağıya doğru cızın.

9-cu hərfimiz ZƏL hərfidir.

Bu hərf Z yəni pəltək Z səsini ifadə edir. SƏ hərfi kimi pəltək səsə malik hərfdir.
Hərfin ilk formasını yuxarıdan başlayaraq cızın. Birləşmə formasını birləşən aşağı yerindən, sağından öncə yuxarıya, sonra qələmi götürmədən aşağıya doğru cızın.

10-cu hərfimiz RA hərfidir.

Bu hərf 2 cür yazılır və R səsini ifadə edir.
Aşağıdakı iki fərqli forma bu hərfin də Əlif kimi 2 formada qarşımıza çıxa biləcəyini göstərir, hər iki forma eyni hərf və səsi ifadə edir.
Bu hərf də yarımqalın hərfdir, özündən sonra gələn Ə-ni A-ya çevirir.
Hərfi yazmaq çətin deyil, yuxarıdan aşağıya bir az meyilli cızın.

11-ci hərfimiz ZEYN hərfidir.

Bu hərf 2 cür yazılır və Z səsini ifadə edir.
Aşağıdakı iki fərqli forma bu hərfin də Əlif, RA kimi 2 formada qarşımıza çıxa biləcəyini göstərir, hər iki forma eyni hərf və səsi ifadə edir.
Hərfi yazmaq çətin deyil, yuxarıdan aşağıya bir az meyilli cızın.

12-ci hərfimiz SİN hərfidir.

Bu hərf 4 cür yazılır və S səsini ifadə edir.
Hərfi sağdan sola qələmi götürmədən cızmaqla yazın.

13-cü hərfimiz ŞİN hərfidir.

Bu hərf 4 cür yazılır və Ş səsini ifadə edir.
Hərfi sağdan sola qələmi götürmədən cızmaqla yazın.


3 thoughts on “Ərəb hərfləriylə yazaq – 1

  1. Əssəlamun əleykum Ey Müsəlmanlar !

    Bilirsinizmi ? Axirət dünyasında ərəb əlifbasını və dilini bilənlər çətinlik çəkməyəcəklər.

  2. Bilirsinizmi ? Axirət dünyasında ərəb əlifbasını və dilini bilənlər çətinlik çəkməyəcəklər.
    İmtahan və sorğulara ərəb dilində cavab versələr onlara çox kömək olacaqdır.
    Allah hamımıza Ərəb dilini bilməyi və hərifləri ilə yazmağı qismət eyləsin. AMİN !

  3. BİLMİRƏM

    İbrahim(s)tək, bu gün oda atılır
    Haqqıma da,çoxlu haram qatılır
    Dinənlərdə, dərmanlaIrla yatılır
    Günah səhfi harda,tapa bilmirəm

    İmza edirsənki,alas an haqqı
    Üstün bilirlər, niyə ?nahaqqı
    Dedi bilmirəm,lap Allahhaqqı
    Ədalət hardadı,tapa bilmirəm

    Yaşayırıq zülmətdə əlac kimdədi
    Qapını dörən yox,hər kəs çöldədi
    İmanlı evindədir*Şeytan*kefdədi
    Qıfıllar tapılıb,açar tapa bilmirəm

    Ziyarət edən var ,namaz qılmayır
    Kreslo şirin, heç ayağa qalxmayır
    Evini unudub,bu tərəfə baxmayır
    Bunların *rəisin* tapa bilmirəm

    Haram qəbul etmək adət olubdur
    Qadın-kişi tanınmır rəngi solubdur
    Bunları kimlər,bu günə qoyubdur
    Səbəbin axtarıram,tapa bilmirəm

    Hacı Rafiq çox analizin edibdir
    Öyrənməyə dərinliyə gedibdir
    Qocalıbdır,gec olduğun bilibdir
    Tanrı kömək edəcəyin bilmirəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *