Ərəb hərfləriylə yazaq – 2

14-cü hərfimiz TA hərfidir.

Bu hərf T səsini ifadə edir. Hərf qalın hərfdir, deməli ondan əvvəl və sonra gələn Ə hərfi A kimi, İ hərfi I kimi oxunacaq. Hərf 4 cür yazılır.
Hərfi yazmağa yuxarı ucundan başlanılır. Yuxarıdan açağıya düz xətti gətirin, qələmi götürmədən azca arxaya aparıb sağa doğru bir dairə kimi cizgi çəkin və aşağıdan sola aparın.

15-ci hərfimiz ZA hərfidir.

Bu hərf Z səsini ifadə edir. Hərf qalın hərfdir, deməli ondan əvvəl və sonra gələn Ə hərfi A kimi, İ hərfi I kimi oxunacaq. Hərf 4 cür yazılır.
Hərfi yazmağa yuxarı ucundan başlanılır. Yuxarıdan açağıya düz xətti gətirin, qələmi götürmədən azca arxaya aparıb sağa doğru bir dairə kimi cizgi çəkin və aşağıdan sola aparın.

16-cı hərfimiz SAD hərfidir.

Bu hərf S səsini ifadə edir. Hərf qalın hərfdir, deməli ondan əvvəl və sonra gələn Ə hərfi A kimi, İ hərfi I kimi oxunacaq. Hərf 4 cür yazılır.
Hərfi yazmağa dairəvi başlığının ucundan başlayın. Sağa bir cizgi çəkib, altdan sola aparın, acza yuxarıya qaldıraraq sol hissəsini ovalvari cızın.

17-ci hərfimiz DAD hərfidir.

Bu hərf D səsini ifadə edir və ərəb dilinin ən qalın hərfi hesab edilir. Ondan əvvəl və sonra gələn Ə hərfi A kimi, İ hərfi I kimi oxunacaq. Hərf 4 cür yazılır.
(Bəzi kitablarda bu hərfin Z səsini ifadə etdiyi yazılır. Mən dəqiq bir ərəbin bu hərfi necə ifadə etdiyini eşitmişəm, ərəblər bu hərfi elə ifadə edirlər ki, o ifadədə həm D həm Z hərflərinin sintezi hiss edilir, bu cür ifadə inanın mümkün deyil, amma bu hərfin səsi D hərfinə 90% uyğundur, Z səsi mübahisəlidir. Məs: Fatihə surəsinin son sözü Valəddallin bəzi Quran oxucuları tərəfindən bu hərfə gözə Valəzzalin oxunur. Biz bu hərfi D kimi səsləndirəcəyik)
Hərfi yazmağa dairəvi başlığının ucundan başlayın. Sağa bir cizgi çəkib, altdan sola aparın, acza yuxarıya qaldıraraq sol hissəsini ovalvari cızın.

18-ci hərfimiz AYN hərfidir.

Bu hərf sərbəst halda Apostrof () rolunu oynayır. Üzərindəki hərəkədən asılı olaraq A, İ və ya U səslərini verir. Yarımqalın bir boğaz səsidir. 4 yazılış tərzi var. DİQQƏT: Bu hərfi Əlifin ikinci formasıyla qarışdırmayın. Fərqləri: Əlif forması 1 cür yazılır, Ayn isə 4 cür, Əlif forması Ayn hərfinə nisbətən balaca yazılır və əsasən əlavə kimi yerləşdirilir (irəlidə daha aydın keçiləcək).
Hərfi yazmağa soldan sağa qələmi çəkmədən başlayın. Bir az mailli yazın.
Hərfin son yazılış tərzlərində bəzən başlıq hissənin ortası açıq olur

19-cu hərfimiz ĞAYN hərfidir.

Hərf Ğ səsini ifadə edir, yarımqalın hərfdir. 4 yazılış tərzi var.
Hərfi yazmağa soldan sağa qələmi çəkmədən başlayın. Bir az mailli yazın.
Hərfin son yazılış tərzlərində bəzən başlıq hissənin ortası açıq olur

20-ci hərfimiz hərfidir.

Hərf F səsini verir, incə səsdir, 4 cür yazılır.
Hərfi yazmağa soldan başlayın sağa doğru apararaq yuxarıya mailləşdirib dairəsini cızın.

21-ci hərfimiz QAF hərfidir.

Hərf Q səsini verir. Qalın hərfdir. 4 cür yazılır.
Hərfi yazmağa soldan başlayın sağa doğru apararaq yuxarıya mailləşdirib dairəsini cızın.

22-ci hərfimiz KƏF hərfidir.

Qeyd: Bu KA səsidir, yəni Kvadrat, Kostyum sözlərindəki səs, ərəb dilində Kələm, Kirayə sözlərində olan KI səsi yoxdur.
Hərf K səsini verir, 4 cür, 2 formada yazılır.
Hərfi soldan, sağa doğru yazın. Ortadakı işarə Ayn hərfi deyil, sadəcə kiçik işarədir.

23-cü hərfimiz LƏM hərfidir.

Hərf L səsini ifadə edir, 4 cür yazılır.
Hərfi soldan, sağa doğru yazın, Kəf-lə qarışdırmayın.

24-cü hərfimiz MİM hərfidir.

Hərf K səsini ifadə edir, 4 cür yazılır.
Hərfi soldan, sağa doğru yazın

25-ci hərfimiz NUN hərfidir.

Hərf N səsini ifadə edir, 4 cür yazılır.
Hərfi soldan, sağa doğru yazın, nöqtələrinə görə Bə və Tə ilə səhv salmayın, onlardan bir az yığcam və yumrutəhər yazılır, 90% bənzərdir.

26-cı hərfimiz hərfidir.

Hərf H səsini verir, 4 cür, 2 formada yazılır.
Hərfi yuxarıdan bir nöqtədən başlayıb qələmi götürmədən dairə cızaraq yazın.

27-ci hərfimiz hərfidir.

Hərf Y səsini verir, 4 cür, 2 formada yazılır.

28-ci, sonuncu hərfimiz VAV hərfidir.

Bu hərf V səsini ifadə edir. Hərf qalın hərfdir, deməli ondan əvvəl və sonra gələn Ə hərfi A kimi, İ hərfi I kimi oxunacaq. Hərf 2 cür yazılır.

One thought on “Ərəb hərfləriylə yazaq – 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *