Ərəb hərfləriylə yazaq-3

HƏRƏKƏLƏR – Ərəb dilində SAİT HƏRFLƏR olmur. Bunları göstərmək üçün HƏRƏKƏ adlanan işarələrdən istifadə olunur.

1. FƏTHƏ

Hərfin üzərində meyilli kiçik xətdir. Bu hərəkə incə hərflərdən sonra Ə, yarımqalın və qalın hərflərdən sonra A səsini bildirir. Yəni bu hərəkə bizim ilk sait səsimizdir. Unutmayın, bir hərfə aid olan hərəkə, o hərfdən sonra hesab edilir, yəni hərfə aid olan, hərfdən sonra gələn deməkdir.


Şəkildəki birləşmələrin oxunuşu belədir: (Soldan sağa. Sözlərin özü sağdan sola oxunur, sadəcə birləşmələri sizə soldan sağa yazılışı ilə göstərirəm.)

Fə, Zə, Ə, Qa, Sə, Bə, Kə, Şə, Tə, Lə, Sa, Sə, Mə, Da, Cə, Nə, Ta, Ha, Va, Za, Xə, Hə, ‘A, Də, Yə, Ğa, Zə, Ra.

2. KƏSRƏ

Hərfin aşağısında meyilli kiçik xətdir. Bu hərəkə incə və yarımqalın hərflərdən sonra İ, qalın hərflərdən sonra I səsini bildirir.

3. DAMMƏ

Hərfin üzərində kiçik vav hərfinə bənzər bir işarədir. Bütün hərflərdən sonra U səsini ifadə edir.


* Bu birləşmə isə LƏM-ƏLİF birləşməsidir.

Quranda çox tez-tez rast gəlinən bu birləşmədə sağdan sola birinci LƏM hərfi, sonra ƏLİF hərfi gəlir.

SUKUN

Hərfin üzərində kiçik dairə formasında olur. Hərfi hərəkəsiz olaraq öz səsilə oxudur.
Bu hərəkə Əlif hərfi üzərində olsa, hərf oxunmaz. Amma sükun Ayn hərfi üzərində olsa, hərf oxunmamaqla bərabər qalın bir apostrofu əvəz edər və bu zaman sözün oxunuşunda 1 saniyəlik asilə edilər. Bunu ifadə etmək üçün sükunlu ayn hərfindən öncə apostrof (’) işarəsi yazacağıq.


Şəkildəki birləşmələrin oxunuşu belədir: (Soldan sağa. Sözlərin özü sağdan sola oxunur, sadəcə birləşmələri sizə soldan sağa yazılışı ilə göstərirəm.)

Əf, Əz, Əb, Aq, Əs, Ət, Ək, Əş, Əs, Əl, As, Əc, Əm, Ad, Əh, Ən, At, Əx, Av, Az, Əd, Əh, Ə’, Əz, Əy, Əğ, Ər.


* Ərəb dilində sükun və ya VAV üzərində olarsa, bunlara xüsusi qaydalar var.

YƏ üzərində sukun:

Əgər Yə hərfinin üzərində sükun olarsa, ondan əvvəlki Fəthə (Ə), E kimi oxunur. Buna Huseyn, Zeynəb, Leyla və s. Misal ola bilər. Əgər Huseyn sözünü ərəbcə yazıb (Ha, Sin, Yə, Nun) baxsaq görərik ki, Sin hərfindən sonra Fəthə (Ə) yazılıb, normalda bu Husəyn oxunmalı olduğu halda Sin-dən sonra Yə üzərində sükun olduğundan Yə-dən öncəki, yəni Sin üzərindəki Fəthə (Ə) E kimi oxunur.

Amma qalın və yarımqalın hərflər bu E-ni A-ya çevirirlər. Məs: Qurayş (Burda Ra yarılmqalın olduğuna görə bu söz Qureyş yox, Qurayş oxunur).

VAV üzərində sukun:

Əgər Vav hərfinin üzərində sükun olarsa, ondan əvvəlki Fəthə (Ə), AU kimi oxunur. Buna Saum, Naum, Mautə, Taubə və s misal göstərmək olar. Əgər Taubə sözünü ərəbcə yazıb (Ta, Vav, Bə) baxsaq görərik ki, Ta hərfindən sonra Fəthə (Ə) yazılıb, normalda bu Tavbə oxunmalı olduğu halda Ta-dan sonra Vav üzərində sükun olduğundan Vav-dən öncəki, yəni Ta üzərindəki Fəthə (Ə) AU kimi oxunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *