Sevginin sehri

Sevən və sevilən üçün ayrılıq yoxdur. Sevgi həqiqi olarsa, maddi məsafənin heç bir əhəmiyyəti olmaz. Çünki sevginin əsli ruhdadır. Bu həqiqəti Mövlana çox sadə anladır:

– Sevənlər sonda bir yerdə görüşməz. Onlar əvvəldən bir-birilərinin içindədirlər.

Torpaqda bitən güllər solar gedər. Qəlbdə bitən güllər isə daimi və daha xoşdur.

O, hamını sevgiyə çağıraraq buyurur:

– Qardaşlarım, qardaşlarım. Bir qüvvəyə, bir duyğuya bağlı qalmayın. Qəlblərinizin bir-birinizə açılmasını istəyirsinizsə, bir-birinizi sevin. Hər kəs bir-birini sevsin, dostcasına əl-ələ versin. Çünki düşmən pusqudadır. Əsl olan sevgidir. İnsan mayasındakı bu duyğunu artırmalı, arındırmalıdır.

Mövlana dünyəvi eşqi aşmağı, həqiqi eşqə çatmağı nəsihət edir. Dünyəvi eşqi Məcnunun dəvəsinə bənzədərək “Məsnəvi”sində bu hekayəni anladır:

Məcnun Leylisinə qovuşmaq üçün dəvəsinə minir və onu sürür. Dəvənin arxasında da balası olur. Məcnun dəvəni sürəndə bala arxada qalır. Noxtanı çəkəndə isə dəvə arxada qalır. Bir müddət sonra Məcnun özünə gəlir. Bir də nə görsə yaxşıdır. Olduğu yerdən bir addım belə irəliyə getməmişdir. O zaman Məcnun dəvəyə belə deyir:

– Ey dəvə! İkimiz də aşiqik: mən Leyliyə, sən isə balana. Biz bir-birimizə yoldaş ola bilmərik. Çünki bir-birimizin yolunu kəsirik.

Həqiqi aşiq tən dəvəsinə minən deyil, can dəvəsinə minəndir. Can və əbədiyyət aləminə qanad açandır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *