Ərəb hərfləriylə yazaq – 4


Tənvinlər

Fəthəli Tənvin

İki üstün 3 tənvindən biridir. Tənvin fəthə hansı hərfin üzərində olsa fəthən səslərinin birləşməsini ifadə edir – yəni -ən kimi oxunur. Bu işarə olarkən, bundan sonra əsasən Əlif hərfi formal olaraq yazılır (oxunmur).


Şəkildəki Şəkildəki birləşmələrin oxunuşu belədir: (Soldan sağa. Sözlərin özü sağdan sola oxunur, sadəcə birləşmələri sizə soldan sağa yazılışı ilə göstərirəm.)

Fən, Zən, Ən, Qan, Sən, Bən, Kən, Şən, Tən, Lən, San, Sən, Mən, Dan, Cən, Nən, Tan, Han, Van, Zan, Xən, Hən, ‘An, Dən, Yən, Ğan, Zən, Ran.

Kəsrəli Tənvin

Tənvin kəsrə işarəsi hansı hərfin üzərində olsa kəsrən səslərinin (-in) birləşməsini ifadə edir.


Dammalı Tənvin

Tənvim dammə işarəsi hansı hərfin üzərində olsa dammən səslərinin (-un) birləşməsini ifadə edir. Ya alt-alta iki ötrə kimi, ya da şəkildəki formada yazılır.

One thought on “Ərəb hərfləriylə yazaq – 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *