Ərəb hərfləriylə yazaq – 2

14-cü hərfimiz TA hərfidir.

Bu hərf T səsini ifadə edir. Hərf qalın hərfdir, deməli ondan əvvəl və sonra gələn Ə hərfi A kimi, İ hərfi I kimi oxunacaq. Hərf 4 cür yazılır.
Hərfi yazmağa yuxarı ucundan başlanılır. Yuxarıdan açağıya düz xətti gətirin, qələmi götürmədən azca arxaya aparıb sağa doğru bir dairə kimi cizgi çəkin və aşağıdan sola aparın.

15-ci hərfimiz ZA hərfidir.

Bu hərf Z səsini ifadə edir. Hərf qalın hərfdir, deməli ondan əvvəl və sonra gələn Ə hərfi A kimi, İ hərfi I kimi oxunacaq. Hərf 4 cür yazılır.
Hərfi yazmağa yuxarı ucundan başlanılır. Yuxarıdan açağıya düz xətti gətirin, qələmi götürmədən azca arxaya aparıb sağa doğru bir dairə kimi cizgi çəkin və aşağıdan sola aparın.
(more…)

Ərəb hərfləriylə yazaq – 1

Əssəlam. Ərəb dilində 28 hərf və bir işarə var ki, irəlidə İnşaAllah öyrənəcəyik.
Ərəb dili bizim dilimizin əksinə olaraq sağdan sola yazılır. Bu dildə sait səsləri bildirən hərflər yoxdur. Bu hərfləri HƏRƏKƏLƏR əvəz edir ki, bunlar da hərflərin üzərində olan kiçik xətt və işarələrdir.

İlk hərfimiz Əlif hərfidir.

Şəkidə bu hərfin iki cür yazılışını və üzərindəki hərəkələri görürük. Bu hərf ən çox təsadüf edilən yazılışı düz xətt formasıdır. Kiçik işarə kimi az-az hallarda yazılır. Bu hərf sərbəst heç bir səsi ifadə etmir. Yalnız irəlidə keçəcək olduğumuz hərəkələrin sayəsində Ə, İ, U, AI səslərini verə bilir. Hərf yalnız sözün sonunda gələrkən birləşir. Sağdan birləşdiyi zaman formasını itirmir. Əgər hərf sözün əvvəlində gələrsə, sərbəst yazılır (birləşmir), ortada gəlsə sağdan birləşir, amma soldan birləşmir. İkinci formasında bu hərf heç vaxt birləşmir.
İlk öncə onu yazım ki, ərəb hərflərini yazarkən çalışın sağdan sola yazasınız, belə daha gözəl və tez alınır. Cümlə yazarkən nöqtələri sonraya saxlayın. Bu hərfi yazmaq elə də çətin deyil. Sadəcə yuxarıdan aşağıya xətt çəkilir. Sağdan birləşməsini yazarkən aşağıdan yuxarıya doğru yazın. İkinci kiçik formasını yazarkən yuxarıdan maili götirib, qələmi götürmədən alt xəttini cızın.

(more…)