Əhvalın pozulub?

Hz. Adəm (ə.s.) kimi 200 il tövbə etdin ?

Hz. İbrahim (ə.s.) kimi atəşə atıldın ?

Hz. Zəkəriyyə (ə.s) kimi mişarla kəsildin ?

Hz. Yusif (ə.s) kimi quyuya atıldın ?

Hz. Məhəmməd (s.a.v.) kimi daşlanıb, başına zibil atılıb, namaz qılarkən də dişinmi qırıldı,

üzünə tüpürüb, hicrət etməyə məcburmu etdilər ki, sevdiklərindən ayrılasan?

(more…)

8 Marta baxdım

Bu gün 8 Mart idi. Hər yerdə bayram sevinci, qadınların çöhrəsində xoşbəxtlik, hamımız virtual, real hədiyyələr, təbriklər qəbul etdik. Hər yan gül-çiçəyə, yumşaq oyuncaqlara bürünmüşdü…

Bu gün həm də Yel çərşəmbəsi idi. Hava da yaxşıca soyumuşdu. Şəhəri dolaşıb insanların bu günkü həyat tərzindəki dəyişiklikləri müşahidə etmək də maraqlı oldu. Elə yanından əhəmiyyətsizcə keçib getdiyimiz bu nərgiz gülləri satan qadınların da çöhrəsində sevinc var idi. Bu gün daha çox gül satacaqdılar axı. Imkan tapıb şəkillərini çəkdim və istəmədən də satıcı kişi ilə etdikləri söhbətin şahidi oldum.

Qadın: “Axşam bazarıdı, ucuzdu, gəlin güllərdən alın.”

Satıcı: “Nə axşam? Saat hələ 1-dir.”

Qadın: “Vallah bütün gecəni yatmamışam, gülləri dəstələmişəm. Yorğunluqdan elə bilirəm axşama yaxındı. Bu gün axı 8 Martdı, qadınları sevindirmək üçün hamı gəlib alacaq…”

Qadınlar günündə özlərinin də qadın olduqlarını unudan bu xanımlara acıdım. Bəlkə də başqa şəraitdə, başqa mühitdə şahzadələr kimi yaşaya bilərdilər. Mühit, şərait insanı çox şeyə məcbur edə bilir. Məni cəlb edən məsələlərdən biri də həyatları, ürəkləri və əlləri bomboş olan qadınlar oldu… İmkanım olsaydı… ehh nə isə… Həyatdır.

(more…)

Tərtəmiz dünya. Belə də olur, amma bizdə yox…

Evdə iki dənə balaca balığım var. Bir müddət öncə atam almışdı mənim üçün. Dayanıb dəqiqələrlə onlara baxıram. Haçan baxıram, dayanmadan, həzin-həzin üzürlər, üzdükcə insanın düşüncələrini, fikirlərini özləri kimi sakit edirlər.  Həmişə maraqlıydı ki, onların bir yerdə dayanmağını, yatmağını görməmişdim. Bu gün səhər, hələ hava işıqlaşmamış onlara yaxınlaşdım və gördüm akvariumun dibinə enib yatıblar. İşığı yandıran kimi biri yuxudan ayıldı və ayılan kimi də ilk işi burnu ilə gedib o biri balığın qarnından vurub onu da yuxudan durquzmaq oldu.  🙂 Mən də yem atdım onlara. Yeməklərini yeyib, başladılar yenə də həzin-həzin üzməyə. Və mən, yaradılmışların ən alisi olaraq həsəd apardım onlara. İki sevgilidən ibarət bir akvariumluq tərtəmiz dünya, yuxarıdan gələn havayı ruzi və müəyyən bir ömür müddəti.  +Kədər yox, paxıllıq yox,  arzu, istək, xəyanət, həsrət yox, onları sıxan hər hansı maddi, mənəvi durumlar da yox…

06.03.11

(c) Samira Haşımzadə