Tərtəmiz dünya. Belə də olur, amma bizdə yox…

Evdə iki dənə balaca balığım var. Bir müddət öncə atam almışdı mənim üçün. Dayanıb dəqiqələrlə onlara baxıram. Haçan baxıram, dayanmadan, həzin-həzin üzürlər, üzdükcə insanın düşüncələrini, fikirlərini özləri kimi sakit edirlər.  Həmişə maraqlıydı ki, onların bir yerdə dayanmağını, yatmağını görməmişdim. Bu gün səhər, hələ hava işıqlaşmamış onlara yaxınlaşdım və gördüm akvariumun dibinə enib yatıblar. İşığı yandıran kimi biri yuxudan ayıldı və ayılan kimi də ilk işi burnu ilə gedib o biri balığın qarnından vurub onu da yuxudan durquzmaq oldu.  🙂 Mən də yem atdım onlara. Yeməklərini yeyib, başladılar yenə də həzin-həzin üzməyə. Və mən, yaradılmışların ən alisi olaraq həsəd apardım onlara. İki sevgilidən ibarət bir akvariumluq tərtəmiz dünya, yuxarıdan gələn havayı ruzi və müəyyən bir ömür müddəti.  +Kədər yox, paxıllıq yox,  arzu, istək, xəyanət, həsrət yox, onları sıxan hər hansı maddi, mənəvi durumlar da yox…

06.03.11

(c) Samira Haşımzadə

2 thoughts on “Tərtəmiz dünya. Belə də olur, amma bizdə yox…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *