Əhvalın pozulub?

Hz. Adəm (ə.s.) kimi 200 il tövbə etdin ?

Hz. İbrahim (ə.s.) kimi atəşə atıldın ?

Hz. Zəkəriyyə (ə.s) kimi mişarla kəsildin ?

Hz. Yusif (ə.s) kimi quyuya atıldın ?

Hz. Məhəmməd (s.a.v.) kimi daşlanıb, başına zibil atılıb, namaz qılarkən də dişinmi qırıldı,

üzünə tüpürüb, hicrət etməyə məcburmu etdilər ki, sevdiklərindən ayrılasan?

Əhvalın niyə pozulub?

Hz. Həmzə (r.ə) kimi burnun qulağın kəsildi?

Musab bin Umeyr (r.ə) kimi qolların kəsildi?

Cəfər bin Əbi Talib (r.ə) kimi ox, mizraq və qılınc zərbələriylə yaralandın?

Ammar,Sümeyye, Yasir (r.ə) kimi işgəncəmi gördün?

Bilal (r.ə) kimi isti qumlara uzadılıb, üzərinə daşlar qoyublar?

Yunus peyğəmbər (as) kimi dənizə atıldın?

Eyyub peyğəmbər (as) kimi bədənini yaralar örtdü?

Nə düşünürsən, dünya dərdlərini?

Özünə gəl !

Kədərlənəcəksənsə,namazını qəzaya buraxdığın, təhəccüdə qalxa bilmədiyin üçün, birinin ürəyini qırdığın, oruclarını tuta bilmədiyin üçün kədərlən.

Kədərlənəcəksənsə,bu gün ALLAH üçün bir şey edə bilmədiyin üçün, ALLAH və Rəsulu (s.a.v)-i məmnun edə bilmədiyin üçün kədərlən.

Fələstində, Çeçenistanda, İraqda və dünyanın dörd bir tərəfində zülm görən, işgəncə edilən,

öldürülən din qardaşların üçün kədərlən.

Kədərlənsən,bir kasıba kömək edə bilmədiyin üçün, yetimin əlindən tuta bilmədiyin üçün kədərlən.

Kədərlənəcəksənsə,Afrikada və digər ölkələrdə bir loxma çörək tapa bilməyən, xəstəliklərlə mübarizə edən insanlar üçün kədərlən.

Kədərlənəcəksənsə,Quranı kifayət qədər oxuyub, həyatına tətbiq edə bilmədiyin üçün kədərlən.

Kədərlənəcəksənsə,Peyğəmbər Əfəndimiz (s.a.v.)i, canından, malından, ailə fərdlərindən, hər şeydən çox sevə bilmədiyin üçün kədərlən.

Kədərlənəcəksənsə,həqiqi mənada qul, Əfəndimiz (s.a.v)ə ümmət ola bilmədiyin üçün kədərlən.

Kədərlənəcəksənsə, Əfəndimiz (s.a.v)in şəfaətinə nail ola bilməmə qorxusuyla kədərlən…

Bəlkə çox Dərdlisən..

Bəlkə Artıq Yetər Deyirsən…

Bəlkə də Ağlayırsan…

Bəlkə bu müsibətlərin sonunda əlinə bir şey keçib- keçməyəcəyini düşünməkdəsən…

Eşit!!!

Rəbbin Sənə Söyləyir..

“Səbr edənlərə, fəlakətlərə qarşı dişlərini sıxıb, sinə gərənlərə mükafatları hesabsız ödənəcək..”

Bəlkə də o qədər insanın arasından niyə məhz sənin seçildiyini soruşursan…

Halbuki Rəbbinin seçdikləri qiymətlilərdir…

“İçinizdən mücahidlərlə səbr edənləri ortaya çıxarana qədər əlbəttə sizi sınayacağıq” (Məhəmməd, 47/31)

Həyat bir imtahan deyilmi ?

Hər sual əbədi həyatında iştirak edən bir kərpic…

Nəfəs alıb-verdiyin hər an yeni bir suala hamilə…

Onlar olmasaydı Əbədiyyət diyarında

Sənə aid heç bir şey olmayacaqdı…

Dərdin yoxdursa kədərlən!

Dərdlisənsə bil ki…

O Səni Sevir….

Gör ki!

Sevdiyin Nə Deyir ?

“ALLAH xeyirini dilədiyi adamı çətinliyə salar!”

Bəlkə sən Əbu Zər (r.ə) qədər ağrı-acı çəkmədin…

Əmisi inandığı üçün onu həsirə qucaqlayıb yandırmışdı…

Bəlkə sən Vəhşi qədər acı çəkmədin…

Sevgilisi Ona “mənə görünmə!” demişdi…

Bəlkə sən Yaqub (ə.s) qədər acı çəkmədin…

Yusifi (ə.s) əlindən alınmışdı…

Bəlkə sən Xədicə(r. Ənhə) qədər acı çəkmədin…

Məhəmməd (s.a.s) yurdundan qovulmuşdu….

Unutma! Rəbbin kimsəyə çəkə biləcəyindən çoxunu yükləməz…

Bəlkə ürəyindir ağrıyan… bəlkə bədənin…

Bəlkə yoxluqdur səni qucaqlayan….

Bəlkə də min bir müxtəlif müəmma…

Hər nə vəziyyətdə olsan ol!

Dilinə yaraşar bu dua…

La ilahə illa əntə subhanəkə inni kuntu minəzzalimin. …
Ya Rəbbi, razı olmadığın şeylərdən nə etmişəmsə hamısını bağışla…

Səndən Başqa İlah Yoxdur!

Şübhəsiz mən nəfsimə zülm edənlərdən oldum…

Sən Bağışla məni

Ya rəbbi Səndən başqa İlah yox!

Sən məni sıratı mustakimdən ayırma (Amin)

ALLAH alimdir, hakimdir.

Hz. Mövlana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *