Görmədiyinə inanan yeganə varlıq da elə insandır

  Qələm və söz Allahın əmanətidir. Onu yaxşılığa işlətmək ilahi fəzilət, yamanlığa işlətmək  şeytani qəbahətdir. Kainatımızın fəxri Məhəmməd (s.ə.s)ə Uca Allahdan peyğəmbərlik verilərkən belə vəhy gəlmişdir. “Oxu!”, “Oxu!”, “Uca olan Allahın adı ilə oxu!”. Hz.  Məhəmməd (s.ə.s)ə qeybdən gələn bu sədanın üzərindən artıq 14 əsrdən çox bir müddət keçib. Dövrümüzü 14 əsr bundan qabaqkı dövr ilə müqayisə etdikdə həqiqətən fəxr edirik və o dövrdəki kimi avam, cahil insanlara demək olar ki, indi rast gəlmirik. Ancaq… “Oxu ” sözünü Allahın elçisi bizlərə çatdıranda onu demək istəyibmi ki, dünyada bütün qayğılarımızı , hər bir şeyi atıb özümüzü yalnız elmə sərf edək? Neçə-neçə insanlar tanıyırıq ki, savadlı və ali təhsillidir, ömrünün  neçə ilini elmə sərf edib və mafiyozdur və ya insan alveri ilə məşğuldur. Bir insan görürük hərtərəfli inkişaf edib və milyarderdir. Lakin nəyin hesabına?- Elmi və kirli biznesi! Allahımız bizlərə bunumu oxumağı əmr edib? O demişdi axı “Uca olan Allahın adı ilə oxu!”.  Elm ozünü bilməkdir. Əgər özünü bilmirsənsə, bu necə oxumaqdır?

Allah kainaın bəzəyi olan insanı özünü tanıması, sevməsi üçün yaratdı. Bu yaradılış Hz.Adəmlə başlamış və Məhəmməd (s.ə.s) ilə zirvəyə çatmışdır. İnsanlar həyatı boyu özlərini tanımaq barədə mübarizə aparırlar. Bu mübarizə beşikdən qəbrə qədər davam edir. Eləsi var vaxtında özünü, dünyanı, axirəti  və bunların Yaradıcısını dərk etməyi bacarır. Amma eləsi də var ki, heç üzü qibləyə uzadılana qədər bütün bunları dərk etməyi bacarmır. Belə insanlar adətən bu sözləri işlədirlər: “Beş günlük dünyadı,ye, iç, kef elə. Onsuz da sonumuz bir ovuc qara torpaqdır.”  Bu cahil insanlar Allah adı çəkilən, din söhbəti edilən məclislərdən hər an qaçar, bunları eşitmək istəməz, eşitsə özünü eşitməməzliyə vurar. Söhbət tək elmi cəhətdən cahil insanlardan getmir. Ömrünü elmə sərf edən bir sıra materialist alimlər var ki, öz yaratdıqlarını ideal hesab edib, möhtəşəm kəşflərinə görə tarixdə qalmışlar. Məsələn: “Qurani-Kərim”də ana südünün nə dərəcədə faydalı olduğunu bilirik. Tərkibində dəmir maddəsi olan yeməklə icad edən alimlər ana südünü əvəzləyəcək  bir ixtira etdiklərini düşünərək özlərini dahi sanmışlar. Lakin ora qədər düşünməmişlər ki, dəmir körpənin qara ciyərinə və bağırsaqlarına ziyandır və onu da düşünməmişlər ki, körpənin orqanizmində iki illik dəmir ehtiyatı var. Bu materialist alimlər “yalnız gördüyümə inanıram” deyib görünməyən hər bir şeyi, o cümlədən, Allahı da inkar edir. Lakin bu dünyada görmədiyinə inanan yeganə varlıq da elə insandır. Əslində görməyərək inandıqlarımız görərək inandıqlarımızdan heç də az deyil. Əgər materialist olaraq düşünürüksə, onda gərək sevgiyə də, ağlımıza da, ulu babalarımıza da, tarixə də inanmayaq. Çünki bunlar da gözə görünmür. Və yaxud atom bombası kimi bir sıra ixtiralara da inanmayaq. Bunun üçün sadəcə bu ixtiraların yaradıcılarının bizə bu barədə məlumat verməsi kifayətdir. Bəs bu dünyanın, bu kainatın da yaradıcısı yoxdurmu? Əgər dəyirman daşının hərəkətini görürüksə, bir az diqqətlə baxsaq onu hərəkətə gətirən dərənin suyunu da görərik. Tozu, torpağı havada görürük, amma bunları havaya qaldıran küləyə niyə nəzər salmıyaq? Qurani-Kərim oxumaq üçün nə qədər enerji sərf edirik . Maraqlı bir romanın  200 səh-ni oxumaq isə bizə çox rahat gəlir.   1-2 Quran ayəsi əzbərləmək üçün nə qədər vaxt və səy göstərməli oluruq. Bir mahnının isə həm musiqisini, həm də sözlərini çox asanlıqla yadda saxlayırıq. Nə deyə bilərəm? Məncə bu barədə bir az da olsa düşünməyə dəyər. Allah hamımıza hidayət versin!

(c)Samira Haşımzadə

(Tarix: 1 neçə il bundan öncə)

One thought on “Görmədiyinə inanan yeganə varlıq da elə insandır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *