MERAC GECƏSİ

Merac Rasulullah (s.a.s)-in Məkkədə ikən bir gecə əmisi qızı Ümmü Hâninin evindən götürülüb, önce Məscid-i Haram’a (Kəbə), oradan da Məscidül-Əqsaya aparılması ilə başlayan bir gecə səyahətidir.  İsra, gecə səyahəti  deməkdir. Bu hal Qur’an-i Kərim’də belə  anlatılır: “Öz bəndəsini (Muhəmmədi-səlləllahu əleyhi və alihi və səlləm) Özümüzün bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)..” (İsra Surəsi, 1)

Həzrəti Muhəmməd (s.a.s) səfər zamanı nəqliyyat vasitəsi kimi ölçüdə atdan kiçik, uzunqulaqdan böyük olan qanadlı behişt məxluqu Buraqdan istifadə edirdi. Bütün səfər boyunca Allahın yaxın) mələyi Cəbrail (ə) onu müşayiət edirdi. Merac zamanı Həzrəti Muhəmməd Peyğəmbər (s.a.s) səmanın yeddi qatını keçmiş, hər mərtəbədə özündən əvvəlki böyük peyğəmbərlərlə görüşmüşdür.  Merac zamanı Allahın izni ilə Həzrəti Muhəmmədə (s) cənnət və cəhənnəmdən mənzərələr göstərilmiş, onların sakinləri barədə məlumat verilmiş,  peyğəmbərimiz insanın hansı əməllərinə görə cənnətə və cəhənnəmə düşdüyünü öyrənmişdir. Əlbəttə, cənnət və cəhənnəm Qiyamət gününə kimi boşdur, heç bir mömin və kafir şəxs hesab günündən əvvəl nə cənnətə, nə də cəhənnəmə salınmaz. Lakin Allah-Təala üçün zaman məfhumu yoxdur. Allahın sonsuz elmi bütün hadisələri baş verməmişdən əvvəl də əhatə edir. Demək, Merac zamanı Allah-Təalanın əmri ilə cənnət və cəhənnəm səhnələri Həzrəti Muhəmməd Peyğəmbərdən (s) ötrü vaxtından əvvəl canlandırılmışdır. Və yaxud Allah-Təala Həzrəti Muhəmməd Peyğəmbərin (s) daha yaxşı anlaması üçün cənnət və cəhənnəm görüntülərini onun gözü qarşısında canlandırmışdır. Merac səfərində müsəlmanlara gündə beş vaxt namaz qılmağın vacibliyi barədə əmr də Peyğəmbərə vəhy olunmuşdur. Bu səfərin esas nöqtəsi olan Sidrətu’l-Müntəha (yeddinci qat)-a çatdıqda Hz. Cəbrail (a.s) –  “Ya Muhamməd, mən burdan o tərəfə bir addım da ata bilmərəm, artıq yola yalnız davam edeceksəin” deyərək, Peyğəmbərimiz (s.a.s)in uca Rəbbimizlə görüşüb, danışacağı yerə gətirib buraxmışdır. Daha sonra bu səyahət götürüldüyü yerə qaytarılması ilə başa çatmışdır.

Qurani-Kərimin bir neçə ayəsini təfsirçilər Meracla bağlayırlar. Məsələn, «Nəcm» surəsinin 8-9-cu ayələrində buyurulur: «Sonra (Peyğəmbər Allaha) yaxınlaşdı, yenə yaxınlaşdı. Aralarında kamanın iki ucu arasındakı qədər və ya bundan da az məsafə qaldı». Əlbəttə, İslam dininin əqidə əsaslarına görə, Allah-Təala cisim deyil, onun məkanı yoxdur və Allahın hər hansı məkanda olduğunu düşünmək günahdır. Burada Allahla Peyğəmbər arasında məsafənin «kamanın iki ucu arasındakı məsafədən də az» olması ifadəsi məcazi məna daşıyır. Ayədə Merac zamnı Peyğəmbərin Allaha həmişəkindən daha yaxın olduğunu bildirmək üçün bu cür ədəbi üsuldan istifadə edilmişdir. Bu yaxınlıq isə maddi deyil, mənəvi və ruhani məna daşıyır. İnsanın Allaha yaxınlığı onun lütf və mərhəmətinə layiq görülmə dərəcəsi və sevimli bəndələr cərgəsindəki yeri ilə ölçülür. Elə bir çox ibadət əməllərimizin əvvəlində işlətdiyimiz «qurbətən iləllah» – «Allaha yaxınlıq» sözləri də bunu sübut edir.

MERAC GECƏSİNİ NECƏ DƏYƏRLƏNDİRMƏLİ?

Bu gecə uca Allahın qullarına daha yaxın olduğu gecələrdəndir. Buna görə də bu gecə mümkün olduğu qədər dua və ibadətlə məşğul olub, boş işlərə baş qoşmamaq lazımdır. Merac gecəsində gündüzü oruc tutmaq, gecəsini də mümkün olduğu qədər ibadət və dua ilə keçirmək lazımdır. Bu barədə, Al -Qazalinin və Əbu Musa əl-Mədəninin də nəql etdiyi  “Bu gecə yaxşı əməl edən üçün yüz illik mükafat vardır” və “Rəcəbin 27-ci günü oruc tutana, 60 illik oruc savabı verilir”  kimi hədisi şəriflər vardır.

Merac gecəsini belə keçirmək olar:

(more…)

25 yaşın ötəri fəlsəfəsi

25 il tamam oldu. Səmərqəndin doğum evlərinin birində ilk dəfə bu dünyaya göz açmağımdan artıq düz 25 il keçir. 25 rəqəmi həmişə mənə ¼-i xatırladır. 100 il yaşamaq kimi bir düşüncəm olmasa da, sanki 100%-lik yolun cəmi 25%-ini getmişəm. Qarşıda isə məni il hesabına görə ağır və uzun, 25 ilin bir göz qırpımında necə tez gəlib getdiyini düşünəndə isə 3 göz qırpımı qədər olacaq 75% gözləyir. Bu 100%-in dolacağı və ya hansısa faizdə yarımçıq kəsiləcəyi isə yalnız Ona bəllidir. Bu yaxınlarda bir cümlə diqqətimi cəlb etdi: “İnsan doğulanda qulağına azan oxunur, dünyasını dəyişəndə isə onun üçün azansız namaz qılınır.” İnsan ömrü azanla namaz arasındakı müddət qədər imiş, demə. 

25 il necə 1 anlıq kimi ötəri keçdisə, elə bu ötəri həyatda ötəri hisslər, ötəri hadisələr, ötəri aldığım dərslər, ötəri düşüncələrim də çox olub.

Nələri qazanmışamsa, ikiqat itirməyim nəticəsində olub. Əlçatmazlarım çox olub. Amma həmişə əlçatmaz hesab etdiklərim elə əlçatmaz olaraq da qalıb. Nə zaman ki, əl çəkmişəm, mənim üçün əhəmiyyətini itirib, elə o zaman onlara çatmağa başlamışam.

Insanları tanımağa onlara olan inamımı itirəndən sonra başlamışam.

Dostlarımın dəyərini yalançı dostları görəndən sonra bilmişəm.

Insanları sevməyə şeytanlarla tanış olandan sonra başlamışam.

Qaranlıqlardan, şeytandan, mənfilərdən qorxmağı əsl qorxulmağa layiq olan tək Allahın olduğunu dərk edəndə tərk etmişəm.

(more…)

Bizim vaxtımızda belə deyildi…

İctimai nəqliyyatda uşaqların davranışı və uşaqlarla davranış.
Özüm ictimai nəqliyyatdan çox istifadə edirəm və həmişə məni qıcıqlandıran bir məsələdən bu dəfə də yan keçə bilmədim. 2 nəfər 10-11 yaşlarında oğlan uşaqları yanbayan əyləşib, söhbət edirlər. Başlarının üstündə də 5-6 gənc qız və orta yaşlı xanımlar ayaq üstdə dayanıb. Uşaqlar isə bu xanımlara heç əhəmiyyət vermədən öz söhbətlərini edirlər. Əvvəlcə uşaqları qınadım. Sonra isə uşaqları qınamaq fikrindən daşınıb, bu cür rəftarın mənbəyini öz beynimdə araşdırmağa başladım…

Son zamanlar belə bir adət dəbə minib. Çox da kiçikyaşlı olmayan uşaqla qadın içəri daxil olur. Hətta yaşlı xanım da olsa ayağa qalxıb ona yer verir və bu da azmış kimi, xanım özü oturmaq əvəzinə uşağı ora əyləşdirir. Və yaxud da bir xanım əyləşib, ayaq üstdə kim olur-olsun, yanındakı yerdə də övladını əyləşdirib. Həmişə bu ifadəyə gülmüşəm. Amma indi özüm də işlədəcəyəm. Bizim vaxtımızda belə deyildi! Mən şəxsən uşaq olanda əgər avtobus və yaxud da metroda ayaq üstdə dayanan kimsə var idisə, mən anamın qucağında oturmalı idim. Və bu, mənim üçün yazılmamış bir qanuna çevrilmişdi. Dəfələrlə şahidi olmuşam ki, yaşlı insan gələndə uşaq ayağa qalxmaq istəyib, anası isə uşağı yerinə otuzdurub ki, qalxmasın. Yəqin belə valideynlər hesab edir ki, uşağı üçün yaxşılıq edir. Amma onlar uşaqlarını öz əllərilə gələcəyin mədəniyyətsiz və düşüncəsiz birinə çevrilməsinə imza atırlar. Bu da sübut!

Həzrəti Əlinin bir sözü var: Yumşaq tərbiyə gələcəyin tərbiyəsizliyidir. Bu ifadə ilə razılaşmaya bilmərəm. Alov nə qədər isti olsa, polad daha möhkəm olar. Bir çox nüanslarda yumşaq davranmaq, yeri gəldi-gəlmədi övladın tərəfini saxlamaq, uşağa tam olaraq hər istədiyini vermək,  gələcəyin eqoist, ərköyün, təmbəl və bacarıqsız birinə çevirmək deməkdir. Övlada qarşı haqsızlıq etmək , aşırı dərəcədə sərt olmaqdan söhbət aparmıram mən.  Lakin övladı sanki hər bir şeyin gözəl olduğu, “qa deyəndə qa, qu deyəndə qu”-nun olduğu xəyallar dünyasında bəsləmək, böyütmək də olmaz. Uşaq da insandır, o da nə zamansa böyüyərək onun üçün yaradılan nağıllar dünyasının boşluq və yalandan ibarət olduğunu dərk edəcək. Onun qarşılaşdığı ən zəif problem belə ona dağ boyda görünəcək və özünü digərlərilə müqayisə edəndə, ilk növbədə qayıdıb həmin valideynlərini günahlandıracaq…

Samira Haşımzadə

Linkolnun oğlunun direktoruna yazdığı məktub

Bilirəm o öyrənməlidir ki,  

Bütün insanlar ədalətli deyil,

Bütün insanlar dürüst deyil.

Lakin ona həmçinin öyrət ki,

Hər bir alçaq insanın da öz qəhrəmanı,

Hər eqoist siyasətçinin də öz lideri vardır.

Öyrət ona ki, hər düşmənin dostu var.
Əgər öyrədə bilsən
Qazanılan bir dolların, tapılan beş dollardan daha dəyərli olduğunu öyrət.
Uduzmağı öyrət ona, qalib gəldikdə isə sevinməyi.

Əgər bacarsan onu paxıllıqdan uzaqlara yönəlt.

Ona səssiz qəhqəhə çəkməyi öyrət.

Güclülərin üzdə qalib olduqlarını

Qoy erkən öyrənsin.

Öyrət ona, əgər bacarsan

Kitabların möcüzəsini

Amma ona zaman ver ki,

Səmadakı quşların, günəş altındakı arıların və yaşıl yamacdakı çiçəklərin

Əbədi sirrini dərk etsin.

(more…)

Rəcəb ayı, Rəqaib gecəsi.

İslami dəyərlərə görə ilin üç ayı müqəddəsdir: Rəcəb, Şəban və Ramazan ayları. Rəcəb ayı əfv və məğfirət, Şəban ayı şəfaət, Ramazan ayı isə savabların qat-qat verilməsi ayıdır. Bu gecə müqəddəs Rəcəb ayı daxil olur. Rəcəb ayının ilk Cümə gecəsi isə Rəqaib gecəsi adlanır.

Bir gün Məhəmməd (s.ə.s.) Rəcəb ayındakı ibadətlərin fəziləti barədə danışırdı. Bu zaman yaşlı bir kişi soruşur: “Ya Rəsulallah! Rəcəb ayını bütünlüklə oruclu keçirməyə gücüm yetməz.” Bu zaman Allahın rəsulu (s.ə.s.) belə buyurdu: “Sən Rəcəb ayının 1-ci, 15-ci və sonuncu günləri oruc tut, hamısını tutmuş savabına qovuşarsan. Çünki bu ayda savablar 10 misli qədər yazılır. Fəqət, Rəcəbi-Şərifin ilk Cümə gecəsindən qafil olma!”

Rəcəb ayının ilk cümə gecəsini “Rəqaib” gecəsi adlanır. Bu gecəyə məxsus bir namaz yoxdur. Müsəlmanlar Raqaib gecəsini ibadətlə keçirməli, qəzası olan qəza namazı qılmalıdır! Qəzası olmayan da nafilə namaz qılar. Bundan başqa, Qur’an-i Kərim oxunmalı, zikr edilib, tövbə istiğfar edilməlidir. Hədis-i şəriflərdə buyurulur:
(Rəcəb ayında Allah’a çox istiğfar edin; çünki Allah-Təala Rəcəb ayının hər vaxtında Cəhənnəmdən azad etdiyi qulları vardır. Bundan başqa, Cənnətdə elə saraylar vardır ki, ancaq Rəcəb ayında oruç tutanlar girər.) [Deyləmi]

(Ramazan ayından başqa Allah rizası üçün bir gün oruc tutan, yaxşı bir yarış atının bir əsrdə gedə biləcəyi məsafə qədər Cəhənnəmdən uzaqlaşar.) [Əbu Ya’la]

(Bu beş gecəde edilən dua geri çevrilməz: Rəgaib gecəsi, Bərat gecəsi, Cümə gecəsi, Ramazan bayramı və Qurban bayramı gecəsi.) [İ.Asakir]

(Rəcəb böyük bir aydır. Allah- Təala bu ayda savabları qat -qat edər. Rəcəb ayında bir gün oruc tutan, bir il oruc tutmuş kimi savaba qovuşar. 7 gün oruc tutana, Cəhənnəm qapıları qapanır. 8 gün oruc tutana Cənnətin 8 qapısı açılır. On gün oruc tutana, Allah-Təala istədiyini verər. 15 gün oruc tutana keçmiş günahları bağışlanar. Rəcəb ayında Allah-Təala Nuh əleyhissəlamı gəmiye mindirdi və o da, Rəcəb ayını oruclu keçirdi. Yanındakılara da oruc tutmalarını əmr etdi.) [Tabərani]

(Rəcəb ayının ilk Cümə gecəsini [Rəgaib gecəsini] ehya edənə, qəbir əzabı edilməz. Duaları qəbul edilər. Yalnız, yeddi nəfərin duası qəbul olmaz: Faizçi, müsəlmanları aşağı görən, ana-atasına əziyyət edən, müsəlman olan və dinin əmrlərinə tabe olan ərini dinləməyən qadın, çalğıçı və zina edən, beş vaxt namazı qılmayan.) [S. Ebediyye] [Bunlar, bu günahları tərk etmədikcə, tövbə etmədikcə, duaları qəbul olmaz.]

Rəcəb ayında edilən dua qəbul edilər, günahlar bağışlanar. Günah işlədənin cəzası da qat- qat olar.

Allah bütün müsəlmanlara hidayət versin və günahlarını bağışlasın. Amin!