Linkolnun oğlunun direktoruna yazdığı məktub

Bilirəm o öyrənməlidir ki,  

Bütün insanlar ədalətli deyil,

Bütün insanlar dürüst deyil.

Lakin ona həmçinin öyrət ki,

Hər bir alçaq insanın da öz qəhrəmanı,

Hər eqoist siyasətçinin də öz lideri vardır.

Öyrət ona ki, hər düşmənin dostu var.
Əgər öyrədə bilsən
Qazanılan bir dolların, tapılan beş dollardan daha dəyərli olduğunu öyrət.
Uduzmağı öyrət ona, qalib gəldikdə isə sevinməyi.

Əgər bacarsan onu paxıllıqdan uzaqlara yönəlt.

Ona səssiz qəhqəhə çəkməyi öyrət.

Güclülərin üzdə qalib olduqlarını

Qoy erkən öyrənsin.

Öyrət ona, əgər bacarsan

Kitabların möcüzəsini

Amma ona zaman ver ki,

Səmadakı quşların, günəş altındakı arıların və yaşıl yamacdakı çiçəklərin

Əbədi sirrini dərk etsin.

Ona öyrət ki,

İmtahandan kəsilmək köçürməkdən daha şərəflidir.

Öyrət ona ki, öz ideyalarına inamı olsun

Hətta hamı onların səhv olduğunu söyləsə belə.

Nəzakətli insanlarla nəzakətlə,

Kobud insanlarla kobud davranmasını öyrət.

Çalış ki, mənim oğlum kütlənin ardıyca getməsin.
Ona hamını dinləməyi öyrət.

Lakin həmçinin öyrət ki,

Dinlədiklərini həqiqət səhnəsində süzgəcdən keçirsin

Və ordan yalnız yaxşı olanları seçsin.

Əgər bacarsan, ona kədərli olanda gülməyi öyrət.

Öyrət ki, göz yaşlarında utanc gətirəcək heç nə yoxdur.

Rişxənd edənləri lağa qoymağı

Və çox şirinlik edənlərlə diqqətli olmağı öyrət ona.

Ona öyrət ki, öz gücünü və beynini ən yüksək qiymətə satsın.

Lakin öz ürəyinə və ruhuna heç zaman qiymət qoymasın.

Ona öyrət ki, kütlənin səs-küyünə qulaqlarını bağlasın.

Və əgər doğru olduğunu hesab edirsə, dayanıb vuruşsun.

Onunla nəzakətlə davran, sıxma onu.

Çünki yalnız od poladı bərkidir.
Qoy səbrsiz ola bilmək üçün cəsarətli olsun.

Qoy cəsur ola bilmək üçün səbrli olsun.

Ona öyrət ki, özünə inamı çox güclü olsun.

Çünki sonra onun insanlığa inamı güclü olacaq.

Bilirəm, bu, böyük tapşırıqdır.

Amma əlindən gələni əsirgəmə.

Mənim oğlum elə gözəl və balacadır ki…

Abram Linkoln

Tərcümə etdi: Samirə Haşımzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *