Allahın gözəl adları

Uca ALlahın 99 adı bunlardır:

1. Allah – Cənabı haqqın özəl adıdır.

2. Rahman – Dünyada hamiya rəhmət edən, acıyan.

3. Rahim – Axirətdə mömünlərə rəhmət edən.

4. Məlik – mülkü davamlı olan.

5. Quddus – Hər eyb və qüsurlardan uzaq.

6. Səlam – Səlamətlik verən.

7. Mumin – əmin-amanlıq verən.

8. Muheymin – Həmişəlik hamıya himayəlik edən.

9. Əziz – məğlubiyyət bilməyən güclü və tək qalib.

10. Cəbbar – hər yerə hökm edən.

11. Mutəkəbbir – yaratdıqlarının ən gözəl vəsflərindən uca.

12. Xaliq – yoxdan var edən.

13. Bari – icad edən, var edən.

14. Musavvir – bütün varlıqlara surət verən.

15. Qaffar – günahları bağışlayan

16. Qahhar – Ən güclü, qalib və hakimdir.

17. Vəhhab – Əvəzsiz bağışlayan.

18. Razzaq – Ruzi verən.

19. Fəttah – rəhmət və ruzi qapılarını acan.

20. Alim – Hər şeyi yaxşı bilən.

21. Qabid – canları alan, sıxan, daraldan.

22. Basit – həyat verən, ruzi yağdıran, acan, genişləndirən.

23. Hafid – alçaldan, yuxarıdan aşağı endirən.

24. Rafi – yüksəldən, yuxarıya qaldıran.

25. Muizz – güclü, qalib, şərəfləndirən.

26. Muzill – zəlil edən, alcaldan.

27. Səmi – hər şeyi yaxşı eşidən.

28. Basir – hər şeyi çox yaxşı görən.

29. Hakəm – hökmü rəd edilməyən, haqqı yerinə gətirən.

30. Ədl – ədalətsizliyə yol verməyən, adil.

31. Lətif – işlərin incəliklərini bilən.

32. Xabir – hər şeydən xəbərdar.

33. Halim – helm sahibi, günahkarları cəzalandırmağa səbr edən.

34. Azim – ağlı yüksək dərəcədə olan.

35. Qafur – çox bağışlayan.

36. Şəkur – yaxşı mükafatlandıran.

37. Əliyy – çox uca, lap yüksək.

38. Kəbir – çox ulu, böyük.

39. Hafiz – qoruyan, mühafizə edən.

40. Mukit – geyindirən, bar və ruzi verən.

41. Hasib – hamının ehtiyacının qədərini bilən.

42. Cəlil – yüksək, böyük, ulu.

43. Kərim – çox comərd, kəraməti bol olan.

44. Raqib – bütün varlıqlara göz qoyan.

45. Mucib – duaları qəbul edən.

46. Vəsi – neməti bol olan.

47. Hakim – hikmət sahibi, hər işin öz yerini bilən.

48. Vədud – sevən və ən sevimliyə layiq olan.

49. Məcid – yüksək şan-şöhrət sahibi.

50. Bais – peyğəmbərlər göndərən, ölümdən sonra dirildən.

51. Şahid – gözündən heç bir şey qacmayan, hər yerdə hazır və nazir olan .

52. Haqq – var olan, varlığı dəyişməyən.

53. Vəkil – hamının işlərini görən, mənfəətli edən.

54. Qaviyy – cox güclü, zəifliyə uğramayan.

55. Mətin – cox sağlam, zəifliy ə uğramayan.

56. Vəliyy – yaxşı dostlarına yardımcı.

57. Hamid – hər yerdə bəyənilən.

58. Muhsi – hər şeyi qavrayan, yaratdığı hər şeyin sayın bilən .

59. Mubdi – hər şeyi hec bir maddəsiz yaradan.

60. Muid – öldürən və ölümdən sonra təkrar həyata qaytaran.

61. Muhyi – həyat verən, can bağışlayan.

62. Mumit – öldürən, can alan.

63. Hayy – daima diri olan.

64. Qayyum – hər şeyi, yeri-göyü yaradan.

65. Vacid – həmişə zəngin, niyyətinə catan.

66. Macid – şan-şərəf sahibi.

67. Vahid – zatında, sifətində, işlərində tək olan.

68. Saməd – ehtiyacsız.

69. Qadir – qüdrətli, istədiyinə gücü çatan.

70. Muktədir – iqtidarlı, hər şeyə qüdrəti çatan.

71. Mukaddim – qabaqcıl, istədiyini yeridən.

72. Muahhir – istədiyini geri alan.

73. Əvvəl – başlanğıcı olmayan.

74. Axir – nəhayəti olmayan son.

75. Zahir – varlığı günəş kimi açıq.

76. Batin – gizli olan: insanlar onu tam biulməməlidir.

77. Vali – təkbaşına idarə edən.

78. Mutəali – uca, yüksək.

79. Bərr – yaxşılıq və xeyir verən.

80. Təvvab – tövbələri qəbul edən, bağışlayan.

81. Müntəqim – günahlıları ədalətlə cəzalandıran.

82. Əfuvv – əfvi, bağışlanması bol olan.

83. Rauf – mərhəməti, şəfqət i bol olan.

84. Malikül-mülk – mülkün yüganə və davamlı sahibi.

85. Zul-Cəlali vəl İkram – ululuq və kərəm sahibi.

86. Muksit – ədalətli, işlərində çaşmayan.

87. Cəmi – toplayan, birləşdirən.

88. Qaniyy – zəngin.

89. Muqni – zənginlik verən.

90. Mani – bir şeyin olmasını istəməyəndə mane olan.

91. Darr – zərərə uğrayan.

92. Nafi – mənfəət verən, yararlı şeylər yaradan.

93. Nur – işıq verən, nur yağdıran.

94. Hadi – yol göstərən, yol açan.

95. Bədi – nümunəsi olmayan, heyrətverici şeylər yaradan.

96. Baqi – davamlı olan, fani olmayan, sonsuz.

97. Varis – davam edən, sərvətlərin sahibi.

98. Rəşid – mənfəət yollarını göstərən, doğru yolda olan.

99. Səbur – çox səbirli olan.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *