MERAC GECƏSİ

Merac Rasulullah (s.a.s)-in Məkkədə ikən bir gecə əmisi qızı Ümmü Hâninin evindən götürülüb, önce Məscid-i Haram’a (Kəbə), oradan da Məscidül-Əqsaya aparılması ilə başlayan bir gecə səyahətidir.  İsra, gecə səyahəti  deməkdir. Bu hal Qur’an-i Kərim’də belə  anlatılır: “Öz bəndəsini (Muhəmmədi-səlləllahu əleyhi və alihi və səlləm) Özümüzün bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)..” (İsra Surəsi, 1)

Həzrəti Muhəmməd (s.a.s) səfər zamanı nəqliyyat vasitəsi kimi ölçüdə atdan kiçik, uzunqulaqdan böyük olan qanadlı behişt məxluqu Buraqdan istifadə edirdi. Bütün səfər boyunca Allahın yaxın) mələyi Cəbrail (ə) onu müşayiət edirdi. Merac zamanı Həzrəti Muhəmməd Peyğəmbər (s.a.s) səmanın yeddi qatını keçmiş, hər mərtəbədə özündən əvvəlki böyük peyğəmbərlərlə görüşmüşdür.  Merac zamanı Allahın izni ilə Həzrəti Muhəmmədə (s) cənnət və cəhənnəmdən mənzərələr göstərilmiş, onların sakinləri barədə məlumat verilmiş,  peyğəmbərimiz insanın hansı əməllərinə görə cənnətə və cəhənnəmə düşdüyünü öyrənmişdir. Əlbəttə, cənnət və cəhənnəm Qiyamət gününə kimi boşdur, heç bir mömin və kafir şəxs hesab günündən əvvəl nə cənnətə, nə də cəhənnəmə salınmaz. Lakin Allah-Təala üçün zaman məfhumu yoxdur. Allahın sonsuz elmi bütün hadisələri baş verməmişdən əvvəl də əhatə edir. Demək, Merac zamanı Allah-Təalanın əmri ilə cənnət və cəhənnəm səhnələri Həzrəti Muhəmməd Peyğəmbərdən (s) ötrü vaxtından əvvəl canlandırılmışdır. Və yaxud Allah-Təala Həzrəti Muhəmməd Peyğəmbərin (s) daha yaxşı anlaması üçün cənnət və cəhənnəm görüntülərini onun gözü qarşısında canlandırmışdır. Merac səfərində müsəlmanlara gündə beş vaxt namaz qılmağın vacibliyi barədə əmr də Peyğəmbərə vəhy olunmuşdur. Bu səfərin esas nöqtəsi olan Sidrətu’l-Müntəha (yeddinci qat)-a çatdıqda Hz. Cəbrail (a.s) –  “Ya Muhamməd, mən burdan o tərəfə bir addım da ata bilmərəm, artıq yola yalnız davam edeceksəin” deyərək, Peyğəmbərimiz (s.a.s)in uca Rəbbimizlə görüşüb, danışacağı yerə gətirib buraxmışdır. Daha sonra bu səyahət götürüldüyü yerə qaytarılması ilə başa çatmışdır.

Qurani-Kərimin bir neçə ayəsini təfsirçilər Meracla bağlayırlar. Məsələn, «Nəcm» surəsinin 8-9-cu ayələrində buyurulur: «Sonra (Peyğəmbər Allaha) yaxınlaşdı, yenə yaxınlaşdı. Aralarında kamanın iki ucu arasındakı qədər və ya bundan da az məsafə qaldı». Əlbəttə, İslam dininin əqidə əsaslarına görə, Allah-Təala cisim deyil, onun məkanı yoxdur və Allahın hər hansı məkanda olduğunu düşünmək günahdır. Burada Allahla Peyğəmbər arasında məsafənin «kamanın iki ucu arasındakı məsafədən də az» olması ifadəsi məcazi məna daşıyır. Ayədə Merac zamnı Peyğəmbərin Allaha həmişəkindən daha yaxın olduğunu bildirmək üçün bu cür ədəbi üsuldan istifadə edilmişdir. Bu yaxınlıq isə maddi deyil, mənəvi və ruhani məna daşıyır. İnsanın Allaha yaxınlığı onun lütf və mərhəmətinə layiq görülmə dərəcəsi və sevimli bəndələr cərgəsindəki yeri ilə ölçülür. Elə bir çox ibadət əməllərimizin əvvəlində işlətdiyimiz «qurbətən iləllah» – «Allaha yaxınlıq» sözləri də bunu sübut edir.

MERAC GECƏSİNİ NECƏ DƏYƏRLƏNDİRMƏLİ?

Bu gecə uca Allahın qullarına daha yaxın olduğu gecələrdəndir. Buna görə də bu gecə mümkün olduğu qədər dua və ibadətlə məşğul olub, boş işlərə baş qoşmamaq lazımdır. Merac gecəsində gündüzü oruc tutmaq, gecəsini də mümkün olduğu qədər ibadət və dua ilə keçirmək lazımdır. Bu barədə, Al -Qazalinin və Əbu Musa əl-Mədəninin də nəql etdiyi  “Bu gecə yaxşı əməl edən üçün yüz illik mükafat vardır” və “Rəcəbin 27-ci günü oruc tutana, 60 illik oruc savabı verilir”  kimi hədisi şəriflər vardır.

Merac gecəsini belə keçirmək olar:

1) Qurani-Kərim oxumaq.
2) Qəza namazı qılmaq.
3) Çoxlu tövbə, istiğfar və dua etmək.
4) İki rukət tövbə namazı qılıb keçmiş günahlarımızın bağışlanması üçün dua etmək.
5) Səhərdən oruclu olaraq, sədəqə verib, Müsəlmanları sevindirmək.
6) Hər zaman olması gərəkdiyi kimi insanlara gülər üzlə davranmaq və şirin sözlər söyləmək.
7) Dünyasını dəyişənlər üçün dua etmək və onlar üçün də sədəqə vermək
8 ) Ailəmizlə toplu haldə ibadət və dua etmək, onları da ibadətə təşviq etmək.
9) Elmlə məşğul olmaq, Təfsir, Hədis, Fiqh kimi dini kitablar oxumaq. Dini öyrənmək. (Sadəcə Meracın necə olduğu barədə araştırıb öyrənmək belə gecəni elmlə keçirməyə yeter.)
10) Merac gecəsinin səhərində duhr ilə asr namazı arasında 4 rukət nafilə namaz qılına bilər.
11) Ən önəmli məsələ gündüz və gecə və ertəsi gün günahlardan qaçmaqdır.
12. İmkanı olanlar bu gecə və ertəsi gün gələn -gedənə süd ikram etməkdir.

12 RUKƏT QILINAN “HACƏT NAMAZI”NIN BELƏ QILINMASI TÖVSİYƏ EDİLMİŞDİR:

İşa (Xuftən)  namazından sonra qılınacak bu namazda hər iki rukətdə bir salam verilir. Hər rukətdə Fatihədən sonra 3 Qədir Surəsi, 12 ixlas surəsi və ya Fatihədən sonra sadəcə 10 dəfə ixlas suresi oxunur.
Namazdan sonra;
1) 4 Fatihə surəsi,
2) 100 dəfə “Subhanallahi va’l-hamdu lillahi vala ilahə illəllahu vallahu əkbər. va lə havlə va lə quvvatə illa billahi’l-aliyyil-azim”
3) 100 “Əstağfirullah əl azim va ətubu iləyh”, 100 dəfə “Əstağfirullah əl-azim əl-kəriməlləzi lə iləhə illəhu əl-hayyə’l-qayyume va ətubu iləyh” deyilir.
4) 100 Salavat-ı şərifə oxunub, sonra dua edilir.
5) Merac Gecəsindən sonrakı gün də mümkünsə oruclu olunmalıdır. O gün duhr ilə asr arasında 4 rukət namaz qılınır. Hər rukətdə Fatihədən sonra 5 Ayətə’l Kursi, 5 Kafirun surəsi, 5 Fələq surəsi, 5 Nas surəsi oxunur.

MERACIN HƏDİYYƏLƏRİ

Merac günü peyğəmbər  (s.a.s)-ə hədiyyə olaraq üç şey verilmişdi. Bunlar;
1) Beş vaxt Namaz. Bu vəsiləylə “Namaz Möminin meracı” olmuşdur.
2) Bəqərə Surəsinin Son Ayətləri:

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə, 285)

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə, 286)

3) Allaha heç bir şeyi ortaq (şirk) qoşmamaq şərti ilə “Lə iləhə illəllah” deyən hər Müsəlmanın, imanla ölməsi durumunda cənnətə girə biləcəyi müjdəsi;

Merac qəndiliniz mübarək olsun, əziz müsəlman bacı və qardaşlarım!

[youtube=http://www.youtube.com/watch?v=YXFHXYW7Pmg]

 

2 thoughts on “MERAC GECƏSİ

  1. Pingback: Ebilova

Leave a Reply

Your email address will not be published. Required fields are marked *