Bəraat qəndili


And olsun (bu) aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş o (gecədə) ayırd edilir… (Duxan 1-4)

Quran bu gecədə,  yeddinci səmadan dünya səmasına endirildi. Qədir gecəsində isə ilk dəfə Peyğəmbər Əfəndimizə endirilməyə başlandı.

Bununla Qədir Gecəsi arasında qırx gün vardır. Bəraə adlandırılması haqqında da deyilmişdir ki, xərac tamamilə alındığı zaman bəraətlərini (təmizə çıxmalarını) dilə gətirən bir sənəd yazıldığı kimi, Allah Təala da bu gecə mömin qullarına bəraət yazar. Bu gecədə beş özəllik vardır:

Bu gecənin beş özəlliyi var: 

1) Bu gecədə vacib işlər seçilir və təyin edilir.

2) Bu gecəni ibadətlə keçirənlərə yardımçı olması məqsədi ilə Allah tərəfindən mələklər göndərilir.

3) Bu gecə bağışlanma və əfv gecəsidir.

4) Bu gecədə edilən ibadətlərin fəziləti çox böyükdür.

5) Bu gecədə Peyğəmbərimizə (s.a.s) şəfaət etmək səlahiyyəti verilmişdir. Bu səlahiyyətin üçdə biri Şabanın on üçüncü  günü, üçdə biri Şabanın on dördüncü günü, qalan üçdə biri də Şabanın on beşinci günü verilmişdir.

Sevgili Peyğəmbərimiz (s.a.s) buyurur:

“Hər kim bu gecə yüz rukət namaz qılsa uca Allah ona yüz mələk göndərir. Otuzu ona cennəti müjdələyir, otuzu ona cəhənnəm əzabından təminat verir. Otuzu da ondan dünya müsibətlərini uzaqlaşdıra, Onu da ondan şeytanın qurduğu tələləri, hiylələri uzaqlaşdırır.”
“Uca Allah bu gecə ümmətinə Kelb qəbiləsinin qoyunlarının yunları sayı qədər rəhmət edər.”
“Uca Allah bu gecə bütün müsəlmanlara bağışlayar. Ancaq kahin, sehirbaz, çox kin güdən, içkiyə düşkün olan, ana-atasını incidən və ya zinaya israrla davam edənlər müstəsnadır.”

‘Şaban ayının 15-ci gecəsini ibadətlə keçirin, gündüzündə də oruc tutun. Çünki uca Allah, bu gecə dünya səmasına rəhmətiylə təcəlli edər (gələr) və ‘tövbə edən yoxdur! Onu bağışlayım. Ruzi istəyən yoxdu, ona ruzi verim, xəstəliyindən şəfa istəyən yoxdur ona şəfa verim? Yoxdur bunu istəyən yoxdur bunu istəyən’ deyər. Bu durum, səhərə qədər davam edər’

‘Əməllər, bu ayda aləmlərin Rəbbi, uca Allaha ərz edilir. Mən də əməllərimin oruclu ikən Allaha ərz edilməsini istəyirəm.’

Bərat Qəndili olan bu mübarək gecəni necə ehya edəcəyik?

1-İşa (Xuftən) və Sübh namazlarını mütləq camaatla qılmalıyıq ki, gecəni səhərə qədər ibadət etmiş olaq.

2– Gecəni oruclu olaraq qarşılayaq və ertəsi gün də oruc tutaq.

3– Bir günlük qəza namazı qılaq

4– Bərat gecəsində 100 rukətlik Xeyir Namazı vardır ki, qılan kimsə o il ölərsə, şəhidlik mərtəbəsinə nail olur.

Xeyir Namazı

Niyyət

“Ya Rabbi, niyyət etdim sənin rizai şərifin üçün namaza. Məni əfvi ilahinə, feyzi ilahinə məzhər eylə. Kəsvəti qəlbdən, dünya və axirət sıxıntılarından xilas eyləyib suəda dəftərinə qeyd eylə, Allahu Əkbər’

Qılınması

Hər rukətdə Fatihə-dən sonra 10 İxlas oxunur.
İki rukətdən sonra salamlar verilir.
Hər rukətdə 100 İxlas oxunarsa namaz 10 rukət olaraq da qılına bilər.

Sonra bu dualar oxunur:

  • İstiğfari şərif: 14 dəfə
  • Salavati şərifə: 14 dəfə
  • Fatihai şərifə : 14 dəfə
  • Ayətul-Kursi : 14 dəfə
  • Ləkad caəkum…’: 14 dəfə
  • 14 dəfə ‘Yasin’ sözü dedikdən sonra 1 Yasini Şərif
  • İxlasi şərif: 14 dəfə
  • Fələq: 14 dəfə
  • Nas: 14 dəfə
  • 14 dəfə “Subhanallahi val-hamdu lillahi va lə iləhə illəllahu vallahu akbər. Va lə havlə va lə quvvətə illə billəhil-aliyyil-azim.”
  • 14 dəfə “Allahummə salli aləə seyyidinə Muhammədin va aləə aali seyyidinəə Muhammədin saləətən tunciinə bihə min cəmi-il-əhvali va’l afət. Va takdıy ləna biha cəmialhacat va tutahhiruna biha min cəmi’ıs-səyyi’at va tərfəuna biha ındəkə a’ləd-dərəcat va tubəlliğunaa bihaa aksa’l gaayat. Min cəmi’ıl-hayrati fi’l-hayaati va ba’dəl-məmat. İnnəkə alaa kulli şey’in kadir.”

Mənası:

  • Allahım, Əfəndimiz Muhammədə və əhl-i beytinə bizi bütün qorxu və müsibətlərdən qurtaracağın, bütün ehtiyaclarımızı göndərəcəyin, bütün günahlarımızdan təmizləyəcəyin, nəzdindəki dərəcələrin ən ucasına yüksəldəcəyin, həyatda və ölümdən sonra bütün xeyirlərə çatdıracağın şəkildə rəhmət eylə. Sən əlbəttə ki, hər şeyə qadirsən.“

Bunlardan sonra dua edilir

5– Bəraat Gecəsində heç olmasa bir Təsbih Namazı qılınır.

http://www.biriz.biz/itikat/berat.htm  – mənbədən tərcümə.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *