Tanımadığımız tanış – SU

Bu vaxta qədər çoxumuz elə hesab etmişik sudan daha sadə və daha çox tədqiq olunmuş heç nə yoxdur. Təbiətdə suyun 3 halına rast gəlinir – maye, qaz, bərk. Formulu isə H2O. Bu qədər sadə. Bilmədiyimiz, görmədiyimiz tərəfləri isə çox mürəkkəb. Alimlər, tədqiqatçılar suyun görünməyən tərəflərini araşdırmış, onu dərindən tədqiq etmiş və ağlagəlməz nəticələr əldə etmişlər.

Bütün dünyada sudan daha yumşaq və asanlıqla şəklini dəyişən heç nə yoxdur. Lakin o həm də sərt  və bərkdir. Beş min il bundan öncə çin filosofu Lao Tszi su barədə yazmışdı:

“Təsir altına düşən möhkəmə, yumşaq sərtə qalib gəlir. Hamı bunu bilir, lakin heç kim onun kimi ola bilmir.”

Insan orqanizmi həm sudan, həm də bərk maddələrdən təşkil olunsa da, maye daha çox faiz təşkil edir. Fizioloqların dediyinə görə su orqanizmin ən vacib elementidir. Insan bədənindəki suyun faiz göstəricisi aşağıdakı kimi müəyyənləşdirilmişdir:

İnsanın yaşı
Suyun həcmi, %

4-aylıq döl

93%

7-aylıq döl

85%

Yeni doğulmuş

80%

Uşaq

75%

Böyük

70%

Yaşlı insan

60%

Xüsusi çəkisi isə 70%. Orqanizm ilk növbədə sudan ibarətdir. Məsələn, ürək və ağciyərlər 70.9 %,  əzələlər – 75 %, qaraciyər – 75.3 %, dalaq – 77% sudan təşkil olunmuşdur. Beyin isə ən çox su tutan orqandır – 83 %. Normal fəaliyyət göstərmək üçün ona kifayət qədər artıq miqdarda su lazımdır. Beyin bədənin tam kütləsinin cəmi 2 %-ni təşkil etsə də, qandan gələn xeyirli maddələrin 20%-ni qəbul edir. Bəs necə olur ki, demək olar ki, sudan ibarət olan bədənimiz belə bərk görünür? Bərk maddələrin birləşməsi kifayət qədər olan bədənimizin bəzi hissələrini istisna etməklə (dəri, dırnaqlar), kletkalar suyun hesabına bərk görünürlər (paradoksal da olsa). Məsələn bunu adi su şlanqı ilə müqayisə etmək olar: o boş olanda yumşaqdır, su ilə dolu olduqda isə bərk olur. Su onun divarlarına vuraraq şlanqı (yeri gəlmişkən bu sözün Azərbaycanca variantını tapa bilmədim. Bilən olsa şərhdə yazsın) bərkidir.

Məşhur Avstriya tədqiqatçısı Viktor Şauberger isə suyun yeni və qəribə bir xüsusiyyətini açmışdır. O, tədqiq edib ki, su +4 dərəcə temperatura yaxın ən yaxşı xarakerdə olur. Bundan daha yüksək temperatura keçdicə isə onun energetikası aşağı düşür, bioloji göstəriciləri pisləşir və suda patogen mikroorqanizmlər yaranmağa başlayır. Qaynanmış su isə ölü su hesab olunur. Yəni ola bilsin ki, onda hansısa cüzi mikroblar qaynama nəticəsində ölsün, lakin əsas mikroblar olduğu kimi qalır və su özü də heç bir xeyri olmayan maddəyə çevrilir. Bizdə isə el adətinə görə suyu mütləq qaynadıb içmək lazımdır.

Susuzlayanda su içmək istəyirik. Əsas odur ki, içməli su olsun, qalan heç bir əhəmiyyəti yoxdur. Içməli su əslində necə olmalıdır ki?! Ya qaynadılmış, olmasa da adi krandan gələn su da olar. Bəli, əsl sağlamlığa ziyan vuran da elə bu imiş. Təbiətdə olan su öz axarıyla, özü istədiyi kimi axır və onun strukturu çox gözəl olur. Lakin bizim evimizə gələnə qədər bu su məcbur edilərək, əyri-üyrü döngələri olan trubalardan sıxılaraq keçir. Su həmin bu sıxıntıları, məcbur edildiyini, narazılığını yaddaşına yazır. Bəli-bəli yaddaş!

Belə ki, suyun bizim bildiyimiz kimyəvi tərkibindən başqa struktur tərkibi də var. Hazırki araşdırmalar təsdiq edir ki, bu struktur qat-qat vacib məsələdir. Suyun strukturu onun molekullarının necə təşkil olunmasıdır. Suyun təşkil olunduğu qruplar klaster adlanır. Məhz klasterlər yaddaş hüceyrələridir. Müasir cihazlarla müəyyənləşdiriblər ki, suyun hər hüceyrəsində 440 000 informasiya paneli yerləşir. Bu hüceyrələrə su bütün gördüklərini, eşitdiklərini və hiss etdiklərini yazır. Adicə işığın yanıb-sönməsindən də su dəyişə bilir. Suyun kimyəvi tərkibi əlbəttə ki, su olaraq qalır. Lakin onun strukturu əsəb sistemi kimi hər bir nüansa reaksiya verir.

Yapon alimi Masaru Emoto aşkar etmişdir ki, suyun kristalları var, tam bir-birinə bənzər kristal yoxdur (barmaq izləri kimi) və bu kristallar şübhəsiz ki, suyun elektromaqnit xassəsini əks etdirir. Onun laboratoryasında suya müxtəlif cür münasibət göstərməklə çoxsaylı təcrübələr aparmışlar. Bu təcrübələrdən bir neçəsini mən də sizinlə paylaşmaq istəyərdim. Suya müdrik deyəndə o, bu şəkli alıb:

Sonra suya “Sən axmaqsan” deyiblər.

“Sən gözəlsən”

“Çox sağ ol”

Mobil telefon şüasının təsirindən suyun strukturunun aldığı vəziyyət:

Motsartın 40-cı simfoniyasının sədası altında suyun strukturu:

Ağır metal musiqisinin sədalarından isə suyun aldığı vəziyyət belə olub.

Demək olar ki, bütün xalqların dinlərində su xüsusi yer tutur. Ona sitayiş edirlər, ona dua oxuyurlar. Istənilən dildə oxunan duadan sonra su öz strukturunu dəyişir. Təcrübədə dua oxunduqdan sonra suyun vəziyyəti belə olmuşdur.

Göründüyü kimi suyun bilmədiyimiz tərəfləri bildiyimizdən daha çoxdur. Onun strukturunu dəyişmək isə öz əlimizdə imiş.

10 thoughts on “Tanımadığımız tanış – SU

  1. İnsan bədəninin 2/3 hissəsi su olduğuna görə dinlədiyimiz musiqidən tutmuş oxuduğumuz kitablara qədər hər şeyin duyğularımızı istiqamətləndirməsi elə buna bir sübutdur.

  2. Məncə bu mühitdəki maqnit dəyişikliklərindən və ya təcrübəni həyata keçirən insanın yaydığı elektriklə əlaqədar olaraq suyun kristal quruluşunun müvəqqəti olaraq dəyişməsindən asılıdır.

  3. Dua etmek her kesin borcudur.Yeni yaxsi insanlara aiddir.Cunki,o biri dunyada sennen Allahin adini sorusanda bilmek ucun dua edib,quran oxumaq ve namaz qilmaq lazimdir.Amma dua oxuyub,namaz qilmasan o biri dunyada seytanlar sene izn vermezler Allahin adin cekmeye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *