Skandinaviya xalqları Azərbaycandan köç edib?

Sərhədlər? Mən onları görməmişəm. Amma bilirəm ki, onlar var… əksər insanların düşüncələrində…

Bu sözlər XX əsrdə yaşamış bəlkə də ən məşhur norveçli – tədqiqatçı, yazıçı və antropoloq kimi uzun bir peşə yolu keçmiş Tur Heyerdala məxsusdur. Onun bütün həyatı ölkələr və mədəniyyətlər arasındakı əlaqələri araşdırmaqla, qədim əsatirlər
və nağılların tarixi faktlara əsaslandığını  və onların keçmişi işıqlandırdığını sübut etməyə çalışaraq bu ölkələrə etdiyi ekspedisiyalarla keçib. Onun düşüncəsinə görə ideyaları ofisdə oturub nəzəri cəhətdən əsaslandırmaqdansa, ən yaxşısı real həyatda sınaqdan keçirməklə yoxlamaq olar. Beləliklə də, Heyerdal özünün dünyaca məşhur “Kon Tiki”, “Ra”, “Ra 2”, “Tiqris”, ən sonda isə “Odin” ekspedisiyalarını həyata keçirmişdir.

Heyerdal 1980-2000-ci illərdə Azərbaycana bir neçə səfər edib və həyatının son illərini Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləmişdir. Onu Azərbaycanda cəlb edən məhz Qobustanın qayaüstü qayıq təsvirləri olmuşdur. O, Qobustanda qaya üzərindəki oymalardan heyrətə gələrək Qobustanı “açıq səma altındakı muzey”adlandırmışdı. Onun Azərbaycan haqqında mülahizələri böyük maraqla qarşılandı. Qobustan təsvirlərinin Skandinaviyanm qayaüstü təsvirlərindən fərqlənmədiyini bildirən   alim Azərbaycanı dünya gəmiçiliyinin ən qədim vətəni adlandırdı. Həmin görüş zamanı Tur Heyerdalın belə bir fikri də çoxları üçün yeni və gözlənilməz oldu: «Azərbaycan, onun Xəzərboyu sahilləri avropalıların, xüsusilə Skandinaviya xalqlarmm ana vətəni olmuş, Avropa mədəniyyətinin kökü də məhz bu diyardan başlanmışdır». Sonralar Avrosentrik baxışlara yeni nəzər yetirən alim qeyd etmişdir ki, Avropa deyil, məhz Azərbaycan qaynar sivilizasiyanm mərkəzi olmuş, erkən mədəniyyəti qədim dənizçilər vasitəsilə ucqarlara yaymışdır.

Heyerdal Bakının Elmlər Akademiyasında qədim Nordik krallarının tarixi barədə məruzə etmişdi.  Bu məruzəsində o, 13-cü əsr tarixçisi Snorriyə əsaslanırdı: 1241-ci ildə qələmə alınmış island saqalarmdan birində deyilir ki, vikinq kralları mühacir Odinin nəsilindəndirlər. Odin ( Norveç krallardan biri olan Skandinaviya allahı) öz adamları ilə birlikdə Roman istilasından qaçmaq məqsədilə Qafqaz dağlarının və Qara dənizin Şərqində yerləşən Aser adlanan torpaqlardan təqribən eramızın 100-cü ilində köç etmişlər. Roman işğalçıları isə 97-ci ildə Azərbaycana çatmışdılar. Asegard Norse dini və mifologiyasında Aser allahlarının yaşadığı yer hesab olunurdu. Asegard sözünün tərcüməsi isə “Aser torpağı” anlamına gəlir. Qədim saqalardakı məlumatları təhlil edən, Qobustan və Skandinaviya qayıq təsvirlərini, eləcə də yunan tarixçisi Herodotun qatlanan qayıqlar haqqında qeydlərini müqayisəli şəkildə nəzərdən keçirən Tur Heyerdal belə ehtimal edir ki, hazırkı azərı xalqı və saqalarda təsvir olunan aserlərin kökü eynidir.

 “Biz artıq mif barədə deyil, coğrafi və tarixi reallıqlar barədə danışırıq. Azərbaycan öz qədim mədəniyyəti ilə fəxr etməlidir. O, Çin və Mesopatamiya qədər zəngin və qədimdir.”

Heyerdal öz fərziyyəsini belə əsaslandırırdı: “ Mənim üçün əsas o deyil ki, özümün haqlı olduğumu və ya Snorrinin real hadisələri təsvir etdiyini sübut edim. Mənim üçün əsas olan dünyanın 1000 il öncə necə olduğu, xalqların hardan gəlib hara getdiyi barədə həqiqətləri öyrənməkdir. ”

Öz fikirlərini yeni dəlillərlə əsaslandırmağa çalışan alim ömrünün sonuna yaxın daha bir neçə dəfə Azərbaycana səfər etmiş, Azərbaycan onun tədqiqat işində əsas rol oynamağa başlamışdır. Böyük səyyah bir sıra kitab və məqalələrində, beynəlxalq konfrans və simpoziumlardakı çıxışlarmda tədqiqatçıların diqqətini Azərbaycanın zəngin tarixi keçmişinə, mədəniyyətinə, Qobustan qaya rəsmlərinə yönəltmişdir. O, yazır: «Get-gedə inamım artır ki, Bakı və onun ətrafmda yaşayan Azərbaycan Respublikasının sakinləri bir vaxtlar Asiyaya və Avropaya koloniyaçılar göndərmiş qaynar həyat tərzi keçirən böyük bir xalqın varisləridirlər».

Lakin təəssüf ki, Tur Heyerdala bu son işini tamamlamaq nəsib olmadı. Bununla belə, bu böyük alimin fərziyyələri ətrafında hələ də işlər aparılır və bu fərziyyələrin doğru olduğuna əmin olan bir çox alimlər mövcuddur. 26-29 oktyabrda Bakıda keçirilən “Tur Heyerdal və Azərbaycan” konfransında bu məsələlərə ətraflı nəzər salındı və hər iki ölkə arasında bundan sonra mədəniyyət, incəsənət, elm və s.sahələrdə daha geniş əlaqələr yaradılması nəzərdə tutuldu. Heyerdalın ekspedisiyasını əks etdirən “Kon-Tiki” muzeyinin direktoru xanım Maya Baugenin sözlərini də vurğulamaq istəyirəm: “Bizim köklərimiz Azərbaycandan gəlir. Əminəm ki, Azərbaycan və Norveç xalqının keçmişi eyni olmuşdur. Lakin əgər bu belə deyilsə də, bizim eyni gələcəyimiz mütləq olmalıdır.”

[youtube=http://www.youtube.com/watch?v=VZJ1-cIAYMc&feature=share]

One thought on “Skandinaviya xalqları Azərbaycandan köç edib?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *