Etiraf

Özümü dərk etməyə başladığım an, birisini sevməyi öyrəndim.O-Sən idin.Məni heçdən yaradan,mənə nəfəs verən,dünyaya
gəldiyim gündən ruzimi verən,hər çətinə düşdüyümdə adını çəkdiyim-Allahım. Yalnız sənə ibadət edirdim,yalnız sənin ismin gələndə ürəyimin döyüntüsü artırdı.Amma sən demə mənə verdiyin ən böyük nemətdən xəbərim yox idi.

Bunu yaşa dolduqca dərk etməyə başladım.Sən ürəyimə elə bir hiss saldın ki,o hiss məni əsirinə çevirdi.Bu məhəbbət idi.Aşiq oldum.Mən bu günə kimi bu hissi çox yaşadım.Yaşadığım bu sevgi macəraları heç biri səni mənə unutdurmurdu,səni məndən uzaqlaşdırmırdı..Tək qaldığım zaman yalnız səni düşünürdüm. Amma qarşıda məni nəyin gözlədiyini bilmirdim.

Yenə aşiq oldum.Yenə də birini sevdim.Amma bu hiss əvvəlkilərdən çox fərqli idi.

Onu ilk dəfə gördüyüm gün qəlbimin döyüntüsünün artdığını hiss etdim.Həyatımda ilk dəfə idi ki Səndən başqası üçün qəlbim döyünürdü.Hər dəfə onunla qarşılaşanda nə deyəcəyimi unudurdum.Artıq ürəyim yalnız onun ismi gələndə bu cür döyünürdü.Bağışla Allahım.

(more…)