Etiraf

Özümü dərk etməyə başladığım an, birisini sevməyi öyrəndim.O-Sən idin.Məni heçdən yaradan,mənə nəfəs verən,dünyaya
gəldiyim gündən ruzimi verən,hər çətinə düşdüyümdə adını çəkdiyim-Allahım. Yalnız sənə ibadət edirdim,yalnız sənin ismin gələndə ürəyimin döyüntüsü artırdı.Amma sən demə mənə verdiyin ən böyük nemətdən xəbərim yox idi.

Bunu yaşa dolduqca dərk etməyə başladım.Sən ürəyimə elə bir hiss saldın ki,o hiss məni əsirinə çevirdi.Bu məhəbbət idi.Aşiq oldum.Mən bu günə kimi bu hissi çox yaşadım.Yaşadığım bu sevgi macəraları heç biri səni mənə unutdurmurdu,səni məndən uzaqlaşdırmırdı..Tək qaldığım zaman yalnız səni düşünürdüm. Amma qarşıda məni nəyin gözlədiyini bilmirdim.

Yenə aşiq oldum.Yenə də birini sevdim.Amma bu hiss əvvəlkilərdən çox fərqli idi.

Onu ilk dəfə gördüyüm gün qəlbimin döyüntüsünün artdığını hiss etdim.Həyatımda ilk dəfə idi ki Səndən başqası üçün qəlbim döyünürdü.Hər dəfə onunla qarşılaşanda nə deyəcəyimi unudurdum.Artıq ürəyim yalnız onun ismi gələndə bu cür döyünürdü.Bağışla Allahım.

Onun mənə ilk mesaj yazdığı günü xatırlayıram.3 sözdən ibarət bir mesajı dəfələrlə oxumuşdum.Amma sənin bütün bəşəriyyətə göndərdiyin himətli Quranı heç bu qədər həvəslə oxumadım.Sənin istədiyin kimi bir qul ola bilmədim, Allahım.

İlk dəfə onunla görüşəcəyim gün, görüş yerinə vaxtından bir neçə saat əvvəl gəlib,həyacanla onun gəlişini gözləmişdim.Onunla görüşəcəm deyə ən yaxşı paltarlarımı geyinib,ən yaxşı ətrimi vurmuşdum.Amma,Cümə namazına gedərkən,gecikməməmk üçün heç bu qədər çalışmadım, Sənə xoş gəlsin deyə geyimimə heç xüsusi fikir vermədim.

Bağışla Allahım bunları etməli olduğumu Bilə-Bilə etmədim.

Bir gün o mənə kiçik bir hədiyyə verdi.Sanki,bu mənə dünyada verilən ən böyük hədiyyə idi.Ona dəfələrlə minətdarlığımı bildirdim. Bu hədiyyəni gözümün önündən heç ayırmırdım . Ancaq Sənin mənə qarşılıqsız verdiyin bu qədər nemət qarşısında yetərincə şükür belə etmirəm.

Halbuki,Sənin mənə verdiklərinin qarşısında ömrümün sonuna qədər Sənə şükürlər etsəm yetməz,Allahım.

Heç yadımdan çıxmır, bir dəfə Onun xətrinə dəymişdim. Məni bağışlaması üçün ondan dəfələrlə üzr istədim,məni bağışlamasını xahiş etdim. Ancaq Sənin qarşında etdiyim bu qədər günah qarşısında bir saat da olsun aramsız tövbə edib,bağışlanma diləmədim.

Sırf onu sevdiyim üçün o yanımda olan zaman,başımı qaldırıb yadlara baxmadım.Amma Sən mənə şah damarımdan da yaxın olduğun halda, günah olduğunu bilə-bilə bəzən göz zinasından özümü saxlaya bilmədim.

Gecənin bir yarısı ayılıb telefonuma baxıram,ondan mesaj gəlibmi deyə. Saatlarla düşünüb ona yazmaq üçün ən gözəl sözləri axtardım. Amma sənin böyüklüyünü mədh etmək üçün bir cümlə belə düşünmədim Allahım .Son dəfə nə zaman gecə namazına qalxdığımı xatırlamıram.

Bəzən,onu itirəcəyim günü göz qabağına gətirib saatlarla ağladım. Amma Sənin qəzəbinə tuş gələcəyimi düşünüb gözümdən bir damla yaş belə axıtmadım.
Əl açıb dua etdiyim zaman belə,günahlarımı bağışlamanı deyil, Onu məndən ayırmamanı dilədim….
Allahım…..

Məni və Onu heçdən yaradan, bizə həyat bəxş edən Sənsən Allahım.Bizə bu ürəyi verən,ürəklərimizə bu sevgini salan da Sənsən Allahım. Onun sevgisini ürəyimdə daha da artır.Çünki,ən azı hər dəfə ona baxdıqda, onu Yaradana dəfələrlə şükr edirəm.

P.S
Nəhayət onunla evləndim və həyatımın tək gerçəyini anladım.
İnsan oğlu nəfsinin arzuladığı hər bir şeyi əldə etdikdən sonra ona olan sevgisi azalır.Ancaq, insan ` sən mənə doğru bir addım at,mən sənə doğru on addım atım ` deyən Uca Yaradanın əmr etdiyi yolla getdikcə,Rəbbini dərk etdikcə, Ona yaxınlaşdıqca Rəbbinə olan sevgisi heç bitməmək üzrə artır.

MƏN SEVGİLİMİ SEVİRƏM,YARADANI ÜÇÜN.
BƏLKƏ DƏ ƏKSİNƏ,
YARADANI SEVİRƏM,ONU YARATDIĞI ÜÇÜN !

İmza: Samir Balakişiyev

5 thoughts on “Etiraf

  1. Facebookda SDGT-nin uzvu ve xetrini cox istediyim Ceyhun Huseynzadenin paylasdigi bir Bloq yazisini gordum.Ve qerara geldim ki oxuyum.Bele bir yaziyla ilk defedir rastlasiram.Ilk once yazini acib baxdim ve yazinin cox olmasini gordum.Fikirlesdim ki, yorucu olacaq.Amma,oxuya-oxuya maragli geldi ve sona qeder hevesle oxudum.Heqiqeten coooooooooooooooooooooooooooooox semimi,menali,heqiqet var idi yazinizda.Buna gore size tesekkurler.Cox xosuma geldi.Allah sizi xosbext elesin ve Allaha olan,sevdiyinize olan sevginizi elinizden hec zaman almasin.Amin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *