Məhdud beyinlər

blogpostgraphic3  Yazılmamış qanunlar, qaydalar. Hamı bunlara riayət etməyə çalışır və bunu özünə borc bilir. Yaxşı bəs kim yazıb axı bu yazılmamış qanunları? Birinci kim icad eliyib?! Bunu öyrənmək ilk dəfə hər hansı sözə niyə məhz həmin adın verildiyini öyrənmək qədər çətindi. Yəni məsələn, niyə türk dillərində ata məhz ata adlandırılıb, latın dillərində məhz pader kimi səsləndirilib. Kim öyrədib axı bu insanlara ad qoymağı?! Əslində mövzumu dilçilikdən yox, toydan falan yazmaq istiyirdim amma ixtisas öz sözünü deyir. Neyniyim, aşıq bildiyini oxuyar. Nə isə keçim toya. 🙂

Hamı adətlərdən, mentalitetdən dad eliyir, çox fikirlər, çox da sözlər deyilib. Mən bu məsələlərə adət, mentalitet prizmasından deyil, kütlə psixologiyası tərəfdən yanaşmaq istiyirəm. (İndi də keçdim psixologiyaya, toy yenə yaddan çıxdı 🙂 ). Bibim demişkən, əlqərəz! Mənim şikayətim ondan ibarətdi ki, biz axı niyə hər şeyi hamı kimi etmək istəyirik?! Bu istək hardan doğur?! Nəhayət ki, toya gəlim. Niyə axı mütləq bir restoran seçilməli, bəylə gəlin saat 6-da gəlib restoranın aşağısında ən az yarım saat gözləməlidi ki, camaat restorana dolsun, sonra bunlar guya təntənə ilə içəri daxil olsunlar. Biz hər şeyin görüntüsünü sevirik. Sanki əsas olan səbəbkarlar və onların xoşbəxtliyi və onların rahatlığı və onların ürəkləri istədikləri kimi əylənmələri deyil. Əsas video zapisdə qalan görüntüdür ki, bəylə gəlin içəri daxil olur, camaat guya onları heç aşağıda görməyibmiş kimi alqışlarla qarşılayır. Sonra da başlanır şampan şəlaləsi, sonra bəylə gəlin rəqsi, camaat ortalıqda vur çatdasun, çal oynasun vəə ən yaralı yerim olan şəkil çəkməklər. Ay başuvuza dönüm, birdən küçədən tanımadığınız biri sizə yaxınlaşıb desə ki, bacımsan, ya qardaşımsan olar səninlə şəkil çəkdirim? Hansı reaksiyanı verərsən? Reaksiyan belə olacaq: “Başa düşmədim?!” “Dəli olmusan?”, ən yaxşı halda da “Niyə?” sualını verib cavab gözləyəcəksən. Amma toyunda tanıdın-tanımadın, yaxın-uzaq, xoşuva gələn-gəlməyən, yoldan keçən-keçməyən hamının üzünə gülüb şəkil çəkdirirsən. Bu da döndü, küçədə qısa yubka, şortik geyinmək olmaz, amma dənizdə çimərlik geyimində gəzmək olar söhbətinə. Əsas məsələ budur ki, gənclər ömürləri boyu həsrətlə  gözlədikləri, özünün həyatındakı ən xoşbəxt günü kimi xəyal etdikləri gündən qətiyyən zövq ala bilmir. Axı kimdi düşünən bu ssenarini toylarçun? Yaxşı, tutalım ki, indi kimdisə düşünüb və birinci dəfə özüyçün belə edib. Bəlkə onunçun belə xoş olub. Sən də özünə xoş olacaq, səni xoşbəxt edəcək bir variantı seç və xoşbəxt bir gün keçir. Problem bilirsiz nədədi? Deyəsən tapdım axı. Problem təmbəllikdədi. Problem bizim düşünmək istəməməyimizdədi. Kimsə düşünüb, biz də o yolnan gedirik. Toyumuzda əziyyət çəksək olar, əsas odu düşünüb əziyyət çəkməyək. (more…)