Abbas Mirzə və Azərbaycan

image descriptionAzərbaycanın Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrində başına gətirilənlər məktəb kitablarında olanlarla bitib qurtarmır. Günümüzə qədər bizim üçün tariximizi saxta şəkildə təqdim edən tarix kitablarında öyrədilir ki, Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində İran və Rusiya arasında iki yerə parçalanmışdır.  Həqiqət isə fərqli idi. Həmin dövrdə İran adında dövlət olmayıb, İran və Rusiya arasında parçalanma deyə bir hadisə də olmayıb. Sərhədləri Fars körfəzindən düz Dərbəndə, Tiflisdən, Qara dənizdən Əfqanlara qədər uzanan (yəni indiki Cənubi Qafqaz və İranın ərazisi tam daxil olmaqla) Qacariyyə adlı bir dövlət olub. Lakin elə bir dövr gəlir ki, ingilislər cənubdan müsəlman torpaqlarını işğal edərək güclənir, ruslar da şimaldan müsəlman torpaqlarını işğal edə-edə üstümüzə gəlir. Qacariyyə şahzadəsi tərtəmiz türk soylu Abbas Mirzə var qüvvəsi ilə ruslara qarşı müharibə etsə də, məğlub olaraq torpaqların bir hissəsini itirir, bununla da Dərbənd də daxil olmaqla indiki Cənubi Qafqaz ərazisi Rusiya tərəfindən işğal olunur.

Qeyd etməliyəm ki, kitabın müəllifi Əminə Pakrəvanın atası Həsənxan və həyat yoldaşı Qacarların diplomatı olub və Əminə xanım Qacar dövləti haqqında bir neçə kitabın müəllifidir. Zənnimcə bu kitab elə də qədim olmayan tariximizin öyrənilməsində yaxşı bələdçi rolunu oynaya bilər.

Kitabın PDF versiyasını aşağıdakı linkdən yükləyib oxuya bilərsiniz:

Abbas Mirzə və Azərbaycan

(c) Samirə Haşımzadə

O dünyaya məktub

Əzizim!

Məzarının önündəyəm, mənim o biri dünyaya köçüb getmiş əzizlərimndən ən əzizi. Burda rahatlıq var, burda səssizlik var, bura bütün dünya işlərinin unudulduğu yerdir. Sən də hər şeyi birdəfəlik unudub əbədi həyata köçmüsən. Bizi qoyub getdiyin vaxtdan düz 10 il keçir. Həmişə məni kiməsə təqdim edəndə fərəhlə deyirdin ki, “oğlan nəvəmdi” (yəni oğlumun övladı), “nəvələrimin içində məni ən çox istəyən budur”. Mən də gülümsəyirdim. Ürəyimdə isə fikirləşirdim ki, yazıq nənə elə bilir ən çox onu istəyirəm. Bilmir ki, babanı ondan çox istəmişəm. Amma sən bunları məndən daha yaxşı bilirmişsən. Gedib uşaqlarla oynamaq əvəzinə səni qucaqlayıb oturmağımdan, harda olsa sənin əllərini tutub dayanmağımdan anlayırdın nə qədər sevdiyimi. Sevgi bizim dediklərimiz deyil, heç düşündüklərimiz də deyil. İnsana münasibət onun davranışlarından bəllidir. Sən gedəndən sonra səni nə qədər sevdiyimi anladım. Amma gec idi, həmişəki kimi. İndi də baş daşına başımı söykəyib oturmuşam. Həmişə deyirdin ki, insan ürəkdən ağlayanda sol gözündən daha çox yaş gəlir. 10 il öncə də belə oldu. Elə indi olduğu kimi sol gözümdən sakitcə bir neçə damcı yaş gəldi. Və düşündüm ki, demək artıq zamanın yetişib. Bütün dünyasını dəyişənlər üçün bunu düşünürəm. Əslində zamansız, vaxtsız  köçmək yoxdur. Sadəcə, hər kəsin öz zamanı var. Evdə hamı bu sakitliyimə qəribə baxdı. Elə bildilər ki, şokdayam. Mən amma normal idim, həmişə olduğumdan daha çox özümdə idim. İnsanlar eqoistdir. Heç kim düşünmür ki, dünyasını dəyişən o biri tərəfə necə keçəcək, haqq-hesabı necə olacaq. İnsanlar öz hayına ağlayır. Mən onsuz nə edəcəm. Hər zaman məni düşünürük. Elə mən də eqoistəm. Səbrli eqoistlərdən. Həyat nə olur-olsun davam edir. Heç kim heç kim üçün ölmür. Zaman keçir gülürsən də, əylənirsən də. Hərdən yadına düşəndə üzülürsən ən sevdiyin insan üçün. Mənim ağlamağım sənin ölümün üçün deyil. Səni uzun müddət görə bilməyəcəyim, səndən ötrü darıxdığım üçündür. Nə bilim, bəlkə də, müddətim uzun qalmıyıb. Deyirlər, insan o biri tərəfdə öz sevdiyi insanlarla birlikdə olur. Bax buna çox sevinirəm. (more…)