Xəyalların intiharı

b-374499-uçurumdaki_adamHərdən qışqırırsan, var gücünlə. O qədər güclü ki, səsin çıxmır. O qədər güclü ki, səsini heç kim eşitmir, Allahdan başqa. Hərdən danışırsan, hər şeyi. Ürəyində heç nə qalmır. Qarşındakı da başa düşdüyünü göstərir. Sonra bunun yalnız görüntü olduğunu anlayırsan. Hərdən ağlayırsan, bütün içinlə. Elə bilirsən, daha içində heç bir şey qalmadı. Sonra görürsən ki, için daha da dolmuş, daşır. Hərdən taqətdən düşürsən, bütün gücünü itirərək. Düşünürsən ki, bu sondur, artıq bundan artığını daşıya bilməzsən. Sonra görürsən ki, daha artıq güc gəlib, ondan da artıq yük gəlir… Hərdən də özünü o qədər güclü, enerji dolu hiss edirsən ki, düşünürsən daha heç vaxt sınmazsan, heç vaxt. Bir də görürsən ki, ən kiçik eyhamdan çilik-çilik olmusan.

(more…)

Belə bir kitabı yazanın türklüyündən şübhəm var

Bastard_of_IstanbulUzun müddət idi ki, bir çoxlarının təriflədiyi Elif Şafakın əsərlərini oxumağı düşünürdüm, lakin hər dəfə nəsə təxirə düşürdü. Oxuduğum ilk əsəri (yəqin ki, elə son əsəri) isə “The Bastard of İstanbul” (Bizim dildə desək “İstanbulun bicbalası”) oldu. Əsəri oxumağa başladıqda Elif Şafakın gözəl, tərbiyəli bir erməni ailəsi tablosu təsvir etməsi, türk ailəsindəki böyük qüsurları göstərməsini onun sırf demokratik davranmağa çalışması ilə əlaqələndirdim. Əsəri oxumağa davam etdikcə isə artıq bu əsərin məhz Türkiyə türklərinə qarşı, qərəzli mövqedə dayanmasından heç bir şübhə qalmadı. Erməni əsilli qızın Türkiyəyə gələrək 1915-ci il hadisələrini (əlbəttə ermənilərin iddia etdiyi kimi) danışması, türklərin başlarını aşağı salıb “həqiqəti” qəbul etmələri, hətta az qala üzr istəmək həddinə gəlmələri əsərin siyasi motivlərə və ermənilərin mövqeyinə qulluq etməsinə şübhə yaratmır. (more…)