Belə bir kitabı yazanın türklüyündən şübhəm var

Bastard_of_IstanbulUzun müddət idi ki, bir çoxlarının təriflədiyi Elif Şafakın əsərlərini oxumağı düşünürdüm, lakin hər dəfə nəsə təxirə düşürdü. Oxuduğum ilk əsəri (yəqin ki, elə son əsəri) isə “The Bastard of İstanbul” (Bizim dildə desək “İstanbulun bicbalası”) oldu. Əsəri oxumağa başladıqda Elif Şafakın gözəl, tərbiyəli bir erməni ailəsi tablosu təsvir etməsi, türk ailəsindəki böyük qüsurları göstərməsini onun sırf demokratik davranmağa çalışması ilə əlaqələndirdim. Əsəri oxumağa davam etdikcə isə artıq bu əsərin məhz Türkiyə türklərinə qarşı, qərəzli mövqedə dayanmasından heç bir şübhə qalmadı. Erməni əsilli qızın Türkiyəyə gələrək 1915-ci il hadisələrini (əlbəttə ermənilərin iddia etdiyi kimi) danışması, türklərin başlarını aşağı salıb “həqiqəti” qəbul etmələri, hətta az qala üzr istəmək həddinə gəlmələri əsərin siyasi motivlərə və ermənilərin mövqeyinə qulluq etməsinə şübhə yaratmır. Bundan başqa, Elif xanım əsərində normal istənilən bir ailə üçün ağıla gələ biləcək ən mundar və utancverici hadisələri məhz türk ailəsinin timsalında təqdim edir. Belə bir kitabı yazanın türklüyündən böyük şübhəm var. Düzdür, müəllifin hadisələri gözəl təsviretmə qabiliyyəti və güclü qələmi var. Lakin mənim açıq-aydın siyasi məqədlərə qulluq edən birinin başqa kitabını oxumağa bundan sonra nə vaxtım, nə də həvəsim yoxdur.
Qeyd edim ki, bu əsər Türkiyədə böyük qalmaqala səbəb olmuşdur. Hətta müəllif yazdığı bu əsərə görə həbs olunmamaq üçün güclə canını qurtarmışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *