Parəbüzən

175072516_eaf5577990“Parəbüzən-parəbüzən uuuç-uç! Nenön gəldi, qaç! Babon gəldi, uç! Uç get, mənim üçün nenəmi gətir…”

Metroda hardansa gəlib əlinə qonan parəbüzənə baxdıqca yaddaşı Güneli uşaqlığına, Nərdəran bağlarına apardı. Tez-tez əllərinə parəbüzən qonduqca sehirli sözləri deyib, sonda da kimin üçün ən çox darıxırdılarsa, parəbüzəni həmin adamın “arxasıyca göndərirdilər” ki, onu gətirib gəlsin. Və bir inam var idi –  Parəbüzən həmin adamı gətirmək üçün uçub getdi. Əmisi, bibisi uşaqlarıyla qaçmaqdan qovmaqdan doymadan, həşəratların başına nə oyunlar açmırdılar ki? Qarışqaları döyüşdürür, kəpənəkləri tutub bankalara yığır, əncir ağacının yarpaqlarından tapdıqları may böcəklərinin ayağına sap bağlayıb uçurdur, bəzi böcəkləri də “cərrah masası”na uzadıb əməliyyat edirdilər. Hələ yadındaydı, bir dəfə əmisi oğlu demişdi ki, qarışqanın dadı turş olur. Günel də guya gigiyena qaydalarına riayət edərək əvvəlcə qarışqanı yuyub, sonra yemişdi. Qarışqa doğurdan da turş idi. Bir həşərat da var idi, qumu eşərək orda kiçik bir burulğan yaradıb gizlənirdi. Bu böcəyə Qumanqalanqu deyirdilər. İndi düşünürdü görəsən həmin böcəyin adı doğurdan elədi, yoxsa bu da öz uşaqlıq uydurmaları idi?! Uşaqlıq… (more…)