20 Yanvar

Mən çox xatırlamıram 20 yanvar hadisəsini. Amma həyatımda xatırladığım, mənə danışılan ilk nağıllarımdandır. Bir Bakı kəndinin məhəllələrindən hər gecə mərkəzdəki Azadlıq meydanına getmək üçün toplaşan qonşularım, qohumlarım, günlərlə dayanmadan mitinqlərə gedən, SSRİ-nin tərkibindən ayrılmaq üçün azadlıq tələb edən yaxınlarım, onların hekayələri, daha sonra isə həmin gecədə yaxınlarımın yaşadığı dəhşətlər. Bu nağıllarla böyümüşəm mən. Həmin gecə telestudiyanın binası partladıldığına görə insanlar xəbəri ancaq radiodan ala bilirdi. Qonşular bir evə toplaşıb, səssizcə, dəhşətlə ölüm, qırğın xəbərlərini gözləyirdilər. Gözləri qapıdaydı ki, görək məhəlləyə birinci kimin cəsədi daxil olacaq, ya bəlkə sovet qoşunları onları da evlərində oturduqları yerdə gəlib güllələyəcək. (more…)