Cəmiyyətin övladları

Dostlarından təzəcə ayrılan Fatimə Bulvarda gəzməyi qərara alır. Şık geyimdə, həyatından məmnun şəkildə dolaşan bu qızı görən kimi kənardan bir dilənçi qucağında uşaqla ona doğru gəlir: “Sən Allah, uşağımı yedirməyə bir çörək pulu ver.” Dilində dualar, simasında yazıq ifadə formalaşdıran, qucağında isə başqasının körpəsinə dərman verib yatıran dilənçi ürəyində fikirləşir ki, qız bəlkə nəsə verdi. Bəlkə elə lap 1 manat verdi. “Pulu çoxdu, versin də. Belələrinə nə var ki. Özlərini böyük adam sayırlar. Guya məndən nəyi artıqdır k?! Heç pulun da artıq deyil, ay bədbəxt, günə 50 manat qazanıram belə.” Uşaqlığından ilk yadına gələn hadisə, kimsəsizlər evinin bağçasında oynayanda iki qaraçının onu qaçırdıb başqa uşaqlarla dolu alaqaranlıq bir zirzəmiyə gətirmələri, sonra isə dilənçiliyə göndərmələri olub. Beləcə də gələcəyini formalaşdıran həmin zirzəmidə həyata ilk addımlarını atır. Hər gün dərslər keçir. Məsələn, insanlara necə yaxınlaşmaq, sifətini hansı formaya salmaq, yanğılı səslə yalvarmaq. Dərsini yaxşı qavramayanda, tələb olunan məbləğdə pulu toplaya bilməyəndə cəzalanır. Məsələn, cəza nəticəsində qolu sına, bədənində siqaret yanıqları, göyərmələr əmələ gələ bilərdi. (more…)