“Ferrarisini satan rahib”

Robin-Sharma-Ferrarisini-satmish-Yaxın günlərdə liderlik, şəxsi inkişaf, həyatı idarəetmə sahəsində bestsellerlər müəllifi olan Robin Şarmanın “Ferrarisini satan rahib” əsəri ilə tanış oldum. Şarma bu kitabında bir zamanlar həyatı pul, prestij və güclə əhatələnmiş ölkənin ən məşhur vəkillərindən olan Culian Məntlın həyatından bəhs edir. Birdən-birə məhkəmə zalında yorğunluqdan, stresin son həddinə çatan Culian yerə yıxılır və bundan sonra həyatını dəyişmək üçün bütün varidatını sataraq Hindistana 3 illik səyahətə çıxır. Səyahətdən geri döndükdə isə o, tamamilə fərqli bir insana çevrilmiş, həm mənəvi, həm də fiziki baxımdan tanınmaz dərəcədə dəyişmişdi. Hindistanda olarkən o, Himalay müdriklərindən aldığı dərsləri və məsləhətləri keçmiş iş yoldaşı (eyni zamanda da oxucular) ilə bölüşür. (more…)

Cəmiyyətin övladları

Dostlarından təzəcə ayrılan Fatimə Bulvarda gəzməyi qərara alır. Şık geyimdə, həyatından məmnun şəkildə dolaşan bu qızı görən kimi kənardan bir dilənçi qucağında uşaqla ona doğru gəlir: “Sən Allah, uşağımı yedirməyə bir çörək pulu ver.” Dilində dualar, simasında yazıq ifadə formalaşdıran, qucağında isə başqasının körpəsinə dərman verib yatıran dilənçi ürəyində fikirləşir ki, qız bəlkə nəsə verdi. Bəlkə elə lap 1 manat verdi. “Pulu çoxdu, versin də. Belələrinə nə var ki. Özlərini böyük adam sayırlar. Guya məndən nəyi artıqdır k?! Heç pulun da artıq deyil, ay bədbəxt, günə 50 manat qazanıram belə.” Uşaqlığından ilk yadına gələn hadisə, kimsəsizlər evinin bağçasında oynayanda iki qaraçının onu qaçırdıb başqa uşaqlarla dolu alaqaranlıq bir zirzəmiyə gətirmələri, sonra isə dilənçiliyə göndərmələri olub. Beləcə də gələcəyini formalaşdıran həmin zirzəmidə həyata ilk addımlarını atır. Hər gün dərslər keçir. Məsələn, insanlara necə yaxınlaşmaq, sifətini hansı formaya salmaq, yanğılı səslə yalvarmaq. Dərsini yaxşı qavramayanda, tələb olunan məbləğdə pulu toplaya bilməyəndə cəzalanır. Məsələn, cəza nəticəsində qolu sına, bədənində siqaret yanıqları, göyərmələr əmələ gələ bilərdi. (more…)

Meymun kimə qalacaq?

conan_4cred“Meymun kimə qalacaq?” adlanan bu məqalə 1999-cu ildə Harward Business Review-da yayımlanmışdır. Rəhbər işlərin içində itir-batır, işçi isə özündə məsuliyyət hiss etmədiyinə görə rəhbərdən yalnız göstəriş, məsləhət, təşəbbüs gözləyir. Bir çox rəhbərlər işçilərinə kömək etdiklərini düşünərək, həm özlərinə aid, həm də işçilərinə aid olan meymunları, yəni işlərin məsuliyyətini öz boyunlarında gəzdirirlər. Beləcə də heç bir işi vaxtında və effektiv etməyə vaxt tapmırlar. Məqalə rəhbər vəzifədə olan şəxsləri zamanlarını daha yaxşı idarə etmək üçün işçilərini əvvəlcədən daha yaxşı təlimləndirməyə, bütün məsuliyyəti özlərinə yönəltməyə çağırır.

Məqaləni aşağıdakı linklərdən yükləyib oxuya bilərsiniz:

 

Rus: Кому достанется обезьяна?

Ingilis: Who has got the monkey? 

Belə bir kitabı yazanın türklüyündən şübhəm var

Bastard_of_IstanbulUzun müddət idi ki, bir çoxlarının təriflədiyi Elif Şafakın əsərlərini oxumağı düşünürdüm, lakin hər dəfə nəsə təxirə düşürdü. Oxuduğum ilk əsəri (yəqin ki, elə son əsəri) isə “The Bastard of İstanbul” (Bizim dildə desək “İstanbulun bicbalası”) oldu. Əsəri oxumağa başladıqda Elif Şafakın gözəl, tərbiyəli bir erməni ailəsi tablosu təsvir etməsi, türk ailəsindəki böyük qüsurları göstərməsini onun sırf demokratik davranmağa çalışması ilə əlaqələndirdim. Əsəri oxumağa davam etdikcə isə artıq bu əsərin məhz Türkiyə türklərinə qarşı, qərəzli mövqedə dayanmasından heç bir şübhə qalmadı. Erməni əsilli qızın Türkiyəyə gələrək 1915-ci il hadisələrini (əlbəttə ermənilərin iddia etdiyi kimi) danışması, türklərin başlarını aşağı salıb “həqiqəti” qəbul etmələri, hətta az qala üzr istəmək həddinə gəlmələri əsərin siyasi motivlərə və ermənilərin mövqeyinə qulluq etməsinə şübhə yaratmır. (more…)