20 Yanvar

Mən çox xatırlamıram 20 yanvar hadisəsini. Amma həyatımda xatırladığım, mənə danışılan ilk nağıllarımdandır. Bir Bakı kəndinin məhəllələrindən hər gecə mərkəzdəki Azadlıq meydanına getmək üçün toplaşan qonşularım, qohumlarım, günlərlə dayanmadan mitinqlərə gedən, SSRİ-nin tərkibindən ayrılmaq üçün azadlıq tələb edən yaxınlarım, onların hekayələri, daha sonra isə həmin gecədə yaxınlarımın yaşadığı dəhşətlər. Bu nağıllarla böyümüşəm mən. Həmin gecə telestudiyanın binası partladıldığına görə insanlar xəbəri ancaq radiodan ala bilirdi. Qonşular bir evə toplaşıb, səssizcə, dəhşətlə ölüm, qırğın xəbərlərini gözləyirdilər. Gözləri qapıdaydı ki, görək məhəlləyə birinci kimin cəsədi daxil olacaq, ya bəlkə sovet qoşunları onları da evlərində oturduqları yerdə gəlib güllələyəcək. (more…)

Parəbüzən

175072516_eaf5577990“Parəbüzən-parəbüzən uuuç-uç! Nenön gəldi, qaç! Babon gəldi, uç! Uç get, mənim üçün nenəmi gətir…”

Metroda hardansa gəlib əlinə qonan parəbüzənə baxdıqca yaddaşı Güneli uşaqlığına, Nərdəran bağlarına apardı. Tez-tez əllərinə parəbüzən qonduqca sehirli sözləri deyib, sonda da kimin üçün ən çox darıxırdılarsa, parəbüzəni həmin adamın “arxasıyca göndərirdilər” ki, onu gətirib gəlsin. Və bir inam var idi –  Parəbüzən həmin adamı gətirmək üçün uçub getdi. Əmisi, bibisi uşaqlarıyla qaçmaqdan qovmaqdan doymadan, həşəratların başına nə oyunlar açmırdılar ki? Qarışqaları döyüşdürür, kəpənəkləri tutub bankalara yığır, əncir ağacının yarpaqlarından tapdıqları may böcəklərinin ayağına sap bağlayıb uçurdur, bəzi böcəkləri də “cərrah masası”na uzadıb əməliyyat edirdilər. Hələ yadındaydı, bir dəfə əmisi oğlu demişdi ki, qarışqanın dadı turş olur. Günel də guya gigiyena qaydalarına riayət edərək əvvəlcə qarışqanı yuyub, sonra yemişdi. Qarışqa doğurdan da turş idi. Bir həşərat da var idi, qumu eşərək orda kiçik bir burulğan yaradıb gizlənirdi. Bu böcəyə Qumanqalanqu deyirdilər. İndi düşünürdü görəsən həmin böcəyin adı doğurdan elədi, yoxsa bu da öz uşaqlıq uydurmaları idi?! Uşaqlıq… (more…)

Xəyalların intiharı

b-374499-uçurumdaki_adamHərdən qışqırırsan, var gücünlə. O qədər güclü ki, səsin çıxmır. O qədər güclü ki, səsini heç kim eşitmir, Allahdan başqa. Hərdən danışırsan, hər şeyi. Ürəyində heç nə qalmır. Qarşındakı da başa düşdüyünü göstərir. Sonra bunun yalnız görüntü olduğunu anlayırsan. Hərdən ağlayırsan, bütün içinlə. Elə bilirsən, daha içində heç bir şey qalmadı. Sonra görürsən ki, için daha da dolmuş, daşır. Hərdən taqətdən düşürsən, bütün gücünü itirərək. Düşünürsən ki, bu sondur, artıq bundan artığını daşıya bilməzsən. Sonra görürsən ki, daha artıq güc gəlib, ondan da artıq yük gəlir… Hərdən də özünü o qədər güclü, enerji dolu hiss edirsən ki, düşünürsən daha heç vaxt sınmazsan, heç vaxt. Bir də görürsən ki, ən kiçik eyhamdan çilik-çilik olmusan.

(more…)

Qulaq falı

10009904_10203268902433322_618030707_nNovruzun axır çərşənbəsiydi. Bu axır çərşənbədə Nərgiz xalasıgilə qonaq gəlmişdi. Xalası qızları kənddəki digər qızlar kimi bir-birinə qoşulub müxtəlif fallara baxırdılar. Kimisi duzlu qoğal yeyib yatacaqdı ki, sevgilisini yuxuda görsün, kimisi üzüyü suya salıb neçə dəfə tərpəndiyini sayırdı, kimisi də ayaqqabısını qapıya tərəf atıb ürəyində arzulayırdı ki, ayaqqabının burnu qapıya tərəf düşsün, bəlkə bu il ərə gedə. Bəziləri də tək-tək, cüt-cüt qulaq falına çıxmışdılar. Nərgiz isə Novruz fallarını çox vaxt etməzdi. Bu fallara inanan digər qızlara istehza edir, insan taleyinin bu fallardan asılı olmadığını bilirdi. Əslinə baxanda isə Nərgizin bu davranışlarının ardında inamsızlıqdan daha çox başqa bir şey gizlənmişdi. Bu gizlin dediyimiz isə kənd qadınlarının çoxuna bəlli idi. Nərgizin elçi daşında çox adamlar oturmuşdu, o isə heç kimə ərə getmirdi. Heç bu barədə düşünmürdü də. Dünyada milyonlarla insanı gözüyaşlı qoyan qanlı müharibə onun da bir parçasını əlindən almışdı. Daha doğrusu bir parçasını yox, yarısını əlindən almışdı. Artıq 10 il keçməsinə baxmayaraq, sevdiyindən nə xəbər var idi, nə də ətər. Bəlkə ölmüşdü, bəlkə əsir düşmüşdü, bəlkə.. Bu bəlkələrin hamısını yuxularında görürdü, yaxınlarının ona bu sevdadan əl çəkməsi üçün demədikləri söz qalmamışdı, amma o, yenə də inamını itirmirdi. Bir gün sevdiyi mütləq gəlməli idi.

Qonşu qızın nişan üzüyünü suya salladan xalası qızları kənardan dayanıb onlara narazılıqla baxan Nərgizi də öz tərəflərinə çəkməyə çalışdılar. (more…)

Dil öyrənmək istəyənlər nələrə diqqət etməlidir?

1045149-184x198Kato Lomb – 16 dil bilən macarıstanlı tərcüməçidir. Xarici dil öyrənmək istəyən insanlar üçün 10 vacib məsləhət hazırlamışdır. Maraqlı bir faktdır ki, Kato Lomb bildiyi bir çox dilləri fərdi şəkildə həmin dildə yazılmış bədii ədəbiyyat və dərsliklər vasitəsilə mənimsəmişdir. Öyrənmə metodlarını “Mən dilləri necə öyrənirəm” adlı kitabında oxucuları ilə paylaşmışdır. Onun yanaşma tərzinin əsasında “həmin dil ilə tam şəkildə yüklənmə” durur: qrammatika öyrənərək paralel şəkildə kitab oxumaq, yeni sözlər axtarmaq və s.

1. Dil ilə mütəmadi məşğul ol. Əgər vaxt və imkan yoxdursa, gündə 10 dəqiqə ilə də yetərlənmək olar. Bunu səhərlər etmək daha faydalıdır. (more…)

Mədəniyyətlərarası ünsiyyət (Araşdırma)

intercultural-communicationMüasir dövrdə müxtəlif mədəniyyətlərə aid olan insanlar günü-gündən daha çox əlaqələr qururlar. Müxtəlif dillərdə danışmaq mədəniyyətlərarası ünsiyyət üçün maneədir, müxtəlif mədəniyyətlərdə “danışmaq” isə daha böyük maneədir. Baxmayaraq ki, biz xarici dildə sözləri, qrammatik qaydaları öyrənə bilirik, müxtəlif mədəniyyətlərin ünsiyyəti prosesində böyük maneələr yaranır. Ünsiyyət üzrə mütəxəssislər bizim ünsiyyətimizin ¾ hissəsinin qeyri-verbal davranışlarımız vasitəsilə həyata keçdiyini bildirirlər. Mədəniyyətimiz doğuluşdan bütün ömrümüz boyunca bizimlə addımlayır. Hansı jestlərin qəbul olunan, hansıların qəbul olunmaz olduğu, alınan hədiyyəni insanlar arasında açıb-açmamaq, süfrə arxasında davranış qaydaları, insanlarla söhbət zamanı arada olan məsafə və s. insanların daşıyıcısı olduğu mədəniyyətlərə görə dəyişir. Məsələn, Yaponiya və Meksikada “yox” cavabı vermək nəzakətsiz hesab olunur. Bu mədəniyyətlərdə “ola bilər” və ya “çalışaram” ifadələri “yox” anlamını verir. Lakin ABŞ, Almaniya kimi mədəniyyətlərdən olan insanlar üçün bu ifadələr “yox” anlamını vermir. Onlar fikirlərini birbaşa sözlərin verdiyi mənaya yönəldirlər. (more…)

Məşhur universitet və kolleclərin online kurslarından pulsuz yararlan

online_education_degreeSizə faydalı ola biləcək, dünyada məşhur universitetlərin və kolleclərin təklif etdiyi müxtəlif sahələri əhatə edən ödənişsiz online kurslardan yazmaq istəyirəm. Son illərdə Kütləvi Açıq Online Kurslar (massive open online courses (MOOC)) dəbə minib. Bu termin 2008-ci ildə Şahzadə Edvard Adası Universitetində veb kommunikasiyalar və innovasiyalar meneceri Devid Kormier tərəfindən meydana gəlmişdir. Ilk Kütləvi Açıq Online Kurslar bir il öncə (2007) Yuta Dövlət Universitetində yaradılmışdır. Kütləvi Açıq Online Kurslar universitet kursları kimidir, sadəcə dünyanın hər bir yerində hamı üçün pulsuz olaraq açıqdır. Tam kursu başa vuranlar sertifikat əldə edirlər. Kurslar 10larla fənni əhatə edir və həmin sahə üzrə bir neçə mütəxəssis tərəfindən tədris olunur. Kurslar maraqlı, əyləncəli və eyni zamanda ciddi olur.
(more…)

Abbas Mirzə və Azərbaycan

image descriptionAzərbaycanın Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrində başına gətirilənlər məktəb kitablarında olanlarla bitib qurtarmır. Günümüzə qədər bizim üçün tariximizi saxta şəkildə təqdim edən tarix kitablarında öyrədilir ki, Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində İran və Rusiya arasında iki yerə parçalanmışdır.  Həqiqət isə fərqli idi. Həmin dövrdə İran adında dövlət olmayıb, İran və Rusiya arasında parçalanma deyə bir hadisə də olmayıb. Sərhədləri Fars körfəzindən düz Dərbəndə, Tiflisdən, Qara dənizdən Əfqanlara qədər uzanan (yəni indiki Cənubi Qafqaz və İranın ərazisi tam daxil olmaqla) Qacariyyə adlı bir dövlət olub. Lakin elə bir dövr gəlir ki, ingilislər cənubdan müsəlman torpaqlarını işğal edərək güclənir, ruslar da şimaldan müsəlman torpaqlarını işğal edə-edə üstümüzə gəlir. Qacariyyə şahzadəsi tərtəmiz türk soylu Abbas Mirzə var qüvvəsi ilə ruslara qarşı müharibə etsə də, məğlub olaraq torpaqların bir hissəsini itirir, bununla da Dərbənd də daxil olmaqla indiki Cənubi Qafqaz ərazisi Rusiya tərəfindən işğal olunur.

Qeyd etməliyəm ki, kitabın müəllifi Əminə Pakrəvanın atası Həsənxan və həyat yoldaşı Qacarların diplomatı olub və Əminə xanım Qacar dövləti haqqında bir neçə kitabın müəllifidir. Zənnimcə bu kitab elə də qədim olmayan tariximizin öyrənilməsində yaxşı bələdçi rolunu oynaya bilər.

Kitabın PDF versiyasını aşağıdakı linkdən yükləyib oxuya bilərsiniz:

Abbas Mirzə və Azərbaycan

(c) Samirə Haşımzadə