Abbas Mirzə və Azərbaycan

image descriptionAzərbaycanın Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrində başına gətirilənlər məktəb kitablarında olanlarla bitib qurtarmır. Günümüzə qədər bizim üçün tariximizi saxta şəkildə təqdim edən tarix kitablarında öyrədilir ki, Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində İran və Rusiya arasında iki yerə parçalanmışdır.  Həqiqət isə fərqli idi. Həmin dövrdə İran adında dövlət olmayıb, İran və Rusiya arasında parçalanma deyə bir hadisə də olmayıb. Sərhədləri Fars körfəzindən düz Dərbəndə, Tiflisdən, Qara dənizdən Əfqanlara qədər uzanan (yəni indiki Cənubi Qafqaz və İranın ərazisi tam daxil olmaqla) Qacariyyə adlı bir dövlət olub. Lakin elə bir dövr gəlir ki, ingilislər cənubdan müsəlman torpaqlarını işğal edərək güclənir, ruslar da şimaldan müsəlman torpaqlarını işğal edə-edə üstümüzə gəlir. Qacariyyə şahzadəsi tərtəmiz türk soylu Abbas Mirzə var qüvvəsi ilə ruslara qarşı müharibə etsə də, məğlub olaraq torpaqların bir hissəsini itirir, bununla da Dərbənd də daxil olmaqla indiki Cənubi Qafqaz ərazisi Rusiya tərəfindən işğal olunur.

Qeyd etməliyəm ki, kitabın müəllifi Əminə Pakrəvanın atası Həsənxan və həyat yoldaşı Qacarların diplomatı olub və Əminə xanım Qacar dövləti haqqında bir neçə kitabın müəllifidir. Zənnimcə bu kitab elə də qədim olmayan tariximizin öyrənilməsində yaxşı bələdçi rolunu oynaya bilər.

Kitabın PDF versiyasını aşağıdakı linkdən yükləyib oxuya bilərsiniz:

Abbas Mirzə və Azərbaycan

(c) Samirə Haşımzadə

Əcdadların səsi

fire-heartTez-tez yuxularıma Abbas Mirzə və Mir Cəfər Bağırov gəlir. Çox narahat görürəm onları. Mənə narazı-narazı, incimiş kimi baxırlar. Soruşuram babalarımdan ki, nə olub axı sizə? Niyə incimisiniz məndən? Mən sizə nə etmişəm? Cavab vermirlər, üzlərini çevirirlər. Dünən yenə gəlmişdilər. Amma yenə də mənimlə danışmaq istəmirdilər. Axır, yalvar-yaxar elədim ki, nə olar mənə cavab verin. Günahımı deyin mənə. Məndən inciməyinizin, küsməyinizin səbəbini deyin. Ağızlarını açan kimi ağızlarından od tökülməyə başladı. Qorxub kənara çəkildim. İstehzaynan gülümsəyib dedilər ki, bu, əsrlərdir bizim içimizi, ürəyimizi yandırıb-yaxan oddur. Əgər inciməyimizin səbəbini bilmək, bizim övladlarımızdan olan narazılığımızı eşitmək istəyirsənsə qorxma bu oddan. Bu reallıqdır. Bizim və sizin hər gün yaşadığımız reallıq. Yaxın gəl və eşit. Bu reallıq elə bir alovdur ki, insanı yandırıb-yandırıb bitirməz. Qurtula bilməzsən bu əzablardan, elə hey yanarsan. Yox, əgər  qorxursansa, qaç get! Yum gözlərini, tut qulaqlarını, bağla ürəyini, öz bər-bəzəkli, xəyal dünyanda yaşamağına davam et. Bizi içdən yaxan bu alovun bir saniyəsinə tab gətirmədin. Bizim əsrlərdir yaşadıqlarımızı eşitsən külün göyə sovrular. Biz dünyada bu od-alovla çarpışmışıq, dünyamızı dəyişmişik də sizin kimi nankor nəvələr içimizi yaxır. Amma bir gün gələcək, sən də əbədi həyata köçəndə yanacaqsan alovlarda. Hamınız yanacaqsız!

Ölmək-ölməkdir, ta xırıldamaq nə deməkdir fikirləşərək, özümü toparlayıb yaxına getdim.

(more…)